«Hərbi təyinatlı deyil»
Müxalifət Bolnisidə Ermənistana hərbi texnika daşıyan şübhəli Rusiya maşınları görüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Gürcüstanın müxalif «Vahid Milli Hərəkat» partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.
Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, müxalifət nümayəndələri həmin maşınların Rusiya dövlət nömrə nişanları daşıdığını, daşınan yüklərin üzərinin brezentlə möhkəm örtüldüyünü deyiblər.
Bu xəbərə Müdafiə Nazirliyi münasibət bildirib və məlumatın «həqiqətə uyğun olmadığını» açıqlayıb. Nazirlik bildirir ki, daşınan yük hərbi yox, mülki texnika olub. Hərbi yüklərin tranziti üçün Rusiya əvvəlcədən Gürcüstana müraciət edib müvafiq razılıq almalıdır. «Lakin neçə illərdir ki, nə Ermənistan, nə Rusiya tərəfindən Gürcüstana belə müraciət daxil olmur, müvafiq olaraq da Gürcüstan tərəfi Ermənistana silah tranziti barədə heç bir icazə vermir», - Müdafiə Nazirliyi bildirir.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə deyib ki, ölkə üzərindən Ermənistana doğrudan da texnika tranziti həyata keçirilib. Və bu tranziti Belarus vətəndaşları həyata keçirib, daşınan isə hərbi texnika yox, xilasetmə əməliyyatlarında istifadə olunan texnika idi. «Həmin texnika xilasetmə əməliyyatları üçün nəzərdə tutulub, onun üzərində hansısa silah quraşdırılmayıb. Müvafiq olaraq bizim qanunvericiliyə görə həmin texnika hərbi təyinatlı deyil», - Sesiaşvili deyib. Lakin komitə sədri söhbətin hansı texnikadan getdiyini açıqlamayıb.
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan Rusiya hərbi yüklərin quru və hava yoluyla ölkə üzərindən Ermənistana tranzitini rəsmən dayandırıb. Lakin nə sirrdirsə bu qadağa Rusiyanın Ermənistana silah daşımasına, o cümlədən 102-ci bazanın təchizatına və arsenalının genişləndirilməsinə, habelə bu ölkəyə onlarla yeni qırıcı və vertolyotların göndərilməsinə təsir etməyib. Rusiyanın Ermənistana silah təchizatını hansı marşrutla həyata keçirdiyi barədə müxtəlif iddialar var. Bir müddət əvvəl Gürcüstan ekspertləri açıqlamışdılar ki, silah daşıyan Rusiya təyyarələri separatçı Abxaziya və Cənubi Osetiya istiqamətindən ölkənin hava məkanına daxil olur, daha sonra Türkiyə sərhədi boyu uçur və Bolnisi üzərindən yenidən Gürcüstanın hava məkanına daxil olaraq Ermənistana keçir.