vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
21:31 | 6 aprel 2017 | Cümə axşamı Məqaləyə 2673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ohanyan tək qaldı

«Üç «O»» bloku dağıldı, Oskanyan və Ovanisyan siyasətdən getdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın iki keçmiş xarici işlər naziri - «İrs» Partiyasının lideri Raffi Ovannisyan və «Həmrəylik» Partiyasının sədri Vardan Oskanyan aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrindən sonra siyasətdən gediblər.

«Report» Ermənistan KİV-inə istinadən xəbər verir ki, onların təşkilatlarının fəalları keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılığı altında fəaliyyət göstərən təşkilata birləşəcəkləri ehtimal edilir.

Vardan Oskanyanın bu qərarı onun təsis etdiyi «Civilitas» Fondunun və «Civilnet» «on-layn» sisteminin işinə də təsirini göstərəcək.

Hər iki siyasətçi həm də ABŞ vətəndaşlarıdır. Onlar Seyran Ohanyanla birlikdə sonuncu parlament seçkilərinə «ORO» (Ohanyan-Raffi -Oskanyan) seçki bloku adı altında qatılmışdılar. Ancaq onların bloku 7 faizlik seçki həddini keçə bilməyərək, bu siyasi kampaniyada 2,7 faiz səs toplayıb.

Xatırladaq ki, Raffi Ovannisyan 1991-1992-ci ilərdə Ermənistanın xarici işlər naziri işləyib. 2013-cü ildə isə Ermənistan prezidentliyinə namizədliyini irəli sürüb. Vardan Oskanyan isə 1998 - 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.