vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
22:36 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 1259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şarapova yalançıdır»

Tanınmış tennisçidən sərt ittiham

Aqşin KƏRİMOV

Məşhur tennisçi Mariya Şarapovanın dopinqlə əlaqədar 15 aylıq diskvalifikasiyadan sonra WTA turnirinə qayıtması mübahisələrə səbəb olub.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəziləri Şarapovanın qayıdışına etiraz ediblər. Şarapovaya ən çox hiddətlənənlər isə dünya tennisçiləridir.

Şarapovanın ünvanına ən kəskin ittihamı tanınmış kanadalı tennisçi Yejeni Buşar səsləndirib.

O, rus tennisçini yalançı adlandırıb.

«Şarapovanın yenidən yarışlara dəvət alması düşünürəm ki, düzgün deyil. Şarapova yalançıdır, onu meydana buraxmaq olmaz. Onun hər hansı bir idman növünə qayıtmasına icazə verilməməlidir. Onun tennis meydançasına qayıtması yerdə qalanlarına hörmətsizlikdir», - deyə Buşar bildirib.

Xatırladaq ki, Mariya Şarapova bir neçə dəfə dopinqdən istifadəyə yol verdiyini bildirib.