vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
17:54 | 24 may 2017 | Çərşənbə Məqaləyə 2574 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İran Global»ın lokal irqçiliyi

Fars-molla rejiminin nökərlərinin Azərbaycan Milli Hərəkatına qarşı təxribatları davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 12-də «İran Global» saytının müdir-məsulu cənab Kiyanuş Təvəkküli ilə GünAz TV-nin canlı proqramında «Azərbaycan Milli Hərəkatına qarşı paniranist cəbhəsinin provakasiyası» adı altında müzakirələr aparıldı. İzləyicilər, saytın müdirinin təxribat xarakterli yazıların yayılması ilə bağlı çıxışını dinlədikdən sonra artıq bu saytda Azərbaycan Milli Hərəkatına qarşı təxribatların dayandırılacağına inanmışdılar, lakin vəziyyət heç də gözlənildiyi kimi olmadı və təxribatların davam etməsinə şahid olduq.

Son günlərdə saytda yayılan bəzi təxribat xarakterli yazıların başlığı belədir:


- «Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə bir baxış»

- «Pantürkizm problemi və Azərbaycan sosialistlərinin durumu»

- «Milli Hərəkatın sözdə fəallar və dəllallara son öldürücü qülləsi»

- «Azərbaycan Milli Hərəkatı müstəqil fəallarının Obalıya tənqidi»


Birinci və ikinci yazıda «İran Global» saytının Elyar və Eza ləqəbili əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük öndər Məhəmməd Əmin Rəsulzadə və Azərbaycanın digər tarixi şəxsiyyətləri haqda topladıqları yalan və həqiqətə uyğun olmayan məlumatlar dərc edib, Azərbaycan uğrunda mübarizəni əhəmiyyətsiz göstərməyə çalışıblar.

Üçüncü yazı Telegramda kimliyi dəqiq məlum olmayan «40 milyon» kanalından götürülüb. 2017-ci il mayın 17-də yayılan yazıda Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri sayın Əhməd Obalıya qarşı təhqiramiz ifadələr işlədilib və yalan məlumatlar dərc olunub. Son vaxtlar, «İran Global»da fəaliyyət göstərən Mənsur və Elyar adlı şəxslər Azərbaycan Milli Hərəkat fəalları və təşkilatlarını təxrib edən hərhansı məlumat görüncə həmən saytda yerləşdirirlər.

Dördüncü yazı yenə də Telegram kanalından götürülüb. Bu kanalın Azərbaycan Milli Hərəkatı müstəqil fəallarını təxrib etmək məqsədi ilə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Nazirliyi tərəfindən yaradıldığı ehtimal edilir. Azərbaycan Milli Hərəkatı, GünAz TV və Əhməd Obalıya qarşı olan məlumatları toplayan Mənsur ləqəbli şəxs həmin yazını bu kanaldan götürüb və «İran Global» saytında yayıb.

Güney Azərbaycanlı müstəqil fəallar isə «Dövlətin müstəqil fəallar kanalı və Azərbaycan Milli Hərəkatının təxrib edilməsi» başlığı altında qısa bəyanat yayaraq sözügedən kanal və yazının onlara deyil, ETTELAAT İdarəsinin əlaltılarına aid olduğunu bildiriblər.

Güney Azərbaycanlı müstəqil fəallarının təkzib bəyanatının mətni belədir:

«Bir neçə həftədir müstəqil fəalların adı və loqosu ilə saxta kanal yaradan İran rejiminin muzdurları, «İran Global» saytında GünAz TV-nin müdiri cənab Əhməd Obalıya qarşı məqalə yayıblar. Biz bu kanalla müstəqil fəalların hərhansı əlaqəsinin olmasını təkzib edərək elan edirik ki, müstəqil fəallar kanalı heç zaman daxildəki vəya xaricdəki azərbaycanlı fəalların heç birinin əleyhinə məqalə yaymayıb və yaymayacaq».

Bu bəyanat, azərbaycanlı fəalları təxrib və şantaj edən kanalın saxta olduğunu və böyük ehtimalla ETTELAAT Nazirliyi tərəfindən yaradılmasını göstərir.

GünAz TV kollektivi inanır ki, belə qərəzli məqalələrin yayılması İran rejiminə qarşı olan siyasi qrupları bir-birindən daha da uzaqlaşdırıb və rejimin bu vəziyyətdən istifadə etməsinə səbəb ola bilər.