vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
RƏY, REPLİKA  
12:05 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1889 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Trampın məktubları çox xoşuma gəldi»

Ziyafət Əsgərov: «Arzu edək ki, bu səmimi olacaq»

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bizim ABŞ ilə münasibətlərimiz hər zaman yaxşı olub. ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda 28 May münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi».

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampın ötən gün 24-cü Neft və Qaz sərgisi münasibəti ilə göndərdiyi məktubdan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır.

«Biz əlbəttə çox istərdik ki, bu belə olsun və davam etsin. Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəldi. Hər halda hamı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil. Və artıq nəticə vermir. Bunu cənab Tramp özü də görür.

Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır.

ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq».