“Eyni yolun yolçuları deyilik”
“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Müxalifətin İlhamə Quliyevası ...»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
-
Arif Hacılının yalanı
Müsavatçılar necə aldadıldı?
-
Müsavat rəsmən parçalandı
Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi
-
«Müsavatın bərpaçılarını bezdirirlər»
Ellada Məmmədli: «Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar»
-
İsa Qəmbəri çətinə salan sual
«Vicdanınıza və şərəfinizə and içərək...»
-
Alışdıran açıqlama
İsa Qəmbərin ünvansız ittihamı alovun üzərinə benzin təsiri törətdi
-
Hikmət Hacızadə də Müsavatdan getdi
Divan üzvü bir həftə əvvəlki vədini gerçəkləşdirdi
-
Əlövsət Talışxanlı Müsavatdan istefa verdi
«Səxavəti İsa Qəmbərin təkidi ilə çıxardılar»
-
«Sən saxtakarsan, Arif Hacılı»
Müsavat başqanlığına keçmiş namizəddən ağır ittihamlar
-
Müşavirindən İsa Qəmbərə ittihamlar
«Nədən bu günə düşdük, haradan hara gəldik...»
-
«Hiss eləsəm ki, ...»
İsa Qəmbərin kreslosuna xanım iddiaçı da var
-
«Maskaları cıracam»
Müsavatda növbəti yarpaq tökümü, İsa Qəmbərin daha bir müşaviri istefa verdi
-
«İsa Qəmbər cavab verməlidir»
Müsavatda qalmaqal: «Hər hansı bəhanə gətirmək qəbulolunmazdır»
-
Başqanlığa daha bir iddialı
Arif Hacılıya qarşı olmadığını deyən siyasətçidən ilginc açıqlamalar
-
Tanınmış həkim, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının qurucularından olan Səxavət Əlisoy təşkilatın sıralarını tərk edib. O, aldığı qərarla bağlı sosial şəbəkədəki səhifəsində paylaşım edib.
“ADR Hərəkatından istefa edirəm!
Nədən?
Qısa bir xatırlatmaya gərək var.
2014-cü il sentyabr ayında Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olaraq bəyan etdim ki, seçkidən çəkilirəm və müsavatçıları Qubad İbadoğluna səs verməyə çağırdım...
Sonra 3-4 ay Qubad İbadoğlu, professor Adil Qeybulla, İbrahim İbrahimli, mərhum Hikmət Hacızadə və Vurğun Əyyubun iştirakı ilə görüşlər keçirildi və belə qərara alındı ki, yeni bir qurum təsis edilsin.
Yeni yaranacaq qurumda gənc və yaşlı nəsil arasında “körpü” olacağını, cəmiyyətdə reytinqini və sair detallar nəzərə alınaraq Qubad İbadoğlunun sədrliyinə razılaşdıq.
Ən önəmli razılaşma o oldu ki, yaranacaq qurum populizmdən uzaq dayanacaq və konstruktiv siyasi xətlə gediləcək.
Hərəkat təsis olunduqdan sonra gerçəkdən fəaliyyət razılaşma çərçivəsində reallaşdı.
İntellektual dəyirmi masalar təşkil olundu, sosial-iqtisadi sferada islahat paketləri hazırlandı.
Proses təxminən iki ildən artıq davam etdi.
Təəssüf ki, populizmdən, şüarçılıqdan uzaq dayanmaq mümkün olmadı.
O da bəlli oldu ki, Qubad İbadoğlunun Bakıya dönüşü baş tutan iş deyil və o, partiyanı qiyabi olaraq, daha dürüstü onlayn yolla idarə etmək fikrindədir.
Qubad İbadoğlu Hərəkatın Məclis sədrliyinə də yüklənmişdi.
İlk vaxtlar o və onun yaxın çevrəsi izah edirdilər ki, bu müvəqqətidir. Ancaq hələ də o, Məclisə sədrlik etməkdə davam edir.
Birinci müavin Vurğun Əyyub dünyasını dəyişdikdən sonra Qubad İbadoğlu o postu kimsəyə rəva bilmədi və ADR Hərəkatının son qurultayında ümumiyyətlə birinci müavin postu ləğv olundu.
İH-nin və Məclisin iştirak etdiyim toplantılarında bütün bu anormallıqları dilə gətirdim.
Bəlli oldu ki, sədrin formalaşdırdığı İH və Məclisdə heç bir alternativ fikir və təklif keçə bilməz.
Məclisin iştirak etdiyim son toplantısında söz alıb Qubad İbadoğlunun gözünün içinə dedim ki, belə idarəetmə olmaz, Bakıya dönə bilmirsənsə, birinci müavinə həvalə et işi.
Hətta birinci müavin olaraq da Adil Qeybullanın namizədliyini təklif etdim. Olmadı.
Sonra pandemiya, daha sonra sağlamlığımda problem yarandı və bir müddət Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşdüm.
Son qurultay barədə isə qurultaydan bir gün sonra dostum Əli Sabirabadlı dan xəbər tutdum.
Nə demək istəyirəm?
1. Qubad İbadoğlu Londonda yaşayır və işləyir (ona başarılar diləyirəm) Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədri. Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisə mi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.
2. Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram.
3. ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı.
4. Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü büruzə verir. (Etika xətrinə onun İH üzvlərinə yazdığı tövsiyə xarakterli tezislərini bura qoymuram) Birbaşa özünün qayğısı ilə trollar yetişməkdə. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən “dünya miqyaslı alim” epitetinə belə reaksiya vermir.
5. Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə şəffaflıqdan əsər-əlamət yox.
6. ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.
7. “Hakimiyyət məndən qorxur”, “filan qanun dəyişikliyini mənə görə ediblər”, “filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək” kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil...
Daha çox nəsnələrə toxuna bilərəm, amma yazmağı özümə rəva görmürəm.
Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy.
Sən, QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsən, Qubad bəy.
Partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz.
Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz
Bilirsən ki, səni heç vaxt lider kimi görmədim.
Çünki sən tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm.
Biz eyni yolun yolçuları deyilik, hörmətli Qubad bəy.
Sənə və İH-də səni “Azərbaycanın xilaskarı” kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram.
P.S. Şəxsimə görə ADR Hərəkatına üzv olanlara məsləhətim belədir: Qərar özünüzün”.