
“Eyni yolun yolçuları deyilik”
“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
«Məmurlar bizə «5-ci kolon» ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
Trampın prezident seçilməsi dünya fondlarında zəlzələ effekti yaradıb
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
İnşaat bölməsində tənəzzül getdikcə dərinləşir
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik səngimir. Partiya üzvləri konkret iki hissəyə bölünüb. Yeni vəziyyəti qəbul edənlər və etməyənlər.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin isə «Müsavat»da baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirməsi ortalığı daha da qızışdırdı.
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən partiyanın önəmli adamlarından biri Vurğun Əyyub bu məsələdə ortaya daha sərt mövqe qoydu: «Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?».
Gözlənildiyi kimi, «Müsavat» başqanının müavini Gülağa Aslanlı bu fikrə reaksiya verdi və İ.Qəmbərin fikrini yüksək qiymətləndirdi: «Bircə cümlədən ibarət açıqlama çox yerində bildirilmiş ifadədir. Bunu kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur».
İsa Qəmbərin müdafiəsinə çıxanlar arasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü də var. O da deyir ki, partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikirlər kökündən yanlışdır: «İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır».
Bütün bunlarla yanaşı, «Müsavat»da narazı qalanların gizli fəaliyyətdə olması məlumdur. Müsavat Partiyasının başqanlığına sabiq namizədi, partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan işçi qrupunun üzvü Səxavət Əlisoy bəzi ip ucları verir. O açıqca deyir ki, qurultayın nəticələrindən narazı qalan insanlar yeni format axtarışındadırlar.
Belə məlum olur ki, danışıqlar Qubad İbadoğlu və Əlövsət Talışxanlı arasında gedir. Artıq «devrimçi qrup» gələn həftə qərar verəcək.