ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
19:31 | 9 noyabr 2016 | Çərşənbə
Məqaləyə 3293 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Avropa indekslər üçüncü gündür enir
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Donald Trampın prezident seçkilərində qalib olması dərhal bazarlara təsir edib. İqtisad elmləri doktoru Qubad İbadoğlu Donald Trampın prezident seçilməsinin bazarlara və fond birjalarına təsirlərindən yazıb. Onun «Facebook » səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik.
ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampın prezident seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib. İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dou Cones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri üçün fyuçerslər aşağı düşüb. Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb.
Hazırda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 indeksi üçün fyuçerslər 5 faiz, Avropa bazarını xarakterizə edən Euro Stoxx indeksi üçün fyuçerslər 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi üçün fyuçerslər 2,6 faiz dəyər itirib. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.
Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb.
Bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək.