vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ÜZBƏÜZ  
13:31 | 27 noyabr 2014 | Cümə axşamı Məqaləyə 4785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun sözü hökm deyil»

Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mübarizəmin məqsədi odur ki, qurultayda baş verən ədalətsizliklərə görə heç olmasa kimlərsə cəzalandırılsın və partiyanın idarə edilməsində demokratik ənənələr bərpa olunsun. Problemlərin həllinin bir yolu olan növbədənkənar qurultayın çağırılması Nizamnamə ilə təsbit olunmuş bir haldır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr, təkid edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və Nizamnamədən kənar bir addımdır».

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Vurğun Əyyub söyləyib. Qeyd edək ki, Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbər yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideya sayıb, partiyanı hədələməyi xəyanət kimi dəyərləndirib. O, Müsavat Partiyasının qurultayında başqan seçilən Arif Hacılı ilə bir yerdə olduğunu da vurğulayıb.

V. Əyyub isə açıqlamasında növbədənkənar qurultay ideyasının müşavirədən sonra da aktuallığını itirmədiyini bildirib. O, İsa Qəmbərin A. Hacılıya artıq açıq dəstək verməsindən sonra növbədənkənar qurultayın mənasını itirdiyi, narazıların qurultayda uğur qazanmaq ehtimalının olmadığı yönündə qənaəti də bölüşmədiyini dilə gətirib: «İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür».

V. Əyyub partiyanın qurumlarını legitim saymaması ilə bağlı açıqlamalarının partiyanın nüfuzuna zərbə vurduğu və buna görə cəzalandırıla biləcəyi barədə xəbərdarlığa da münasibət bildirib: «Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur. Bu gün Müsavat Partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir».

Xatırladaq ki, Müsavat başqanının müavini E.Fəttah V. Əyyubun partiyadakı strukturları saymaması və tanımamasına münasibət bildirərkən deyib ki, V. Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. O, kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda, Nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacağını bəyan edib.