vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ÜZBƏÜZ  
13:57 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 5079 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerini həyat yoldaşına verdi

«Hələ ötən il mənə demişdi ki, builki parlament seçkilərinə qatılmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Parlament seçkilərində namizədliyimi irəli sürəcəm». Bunu açıqlamanı «Azəri-Türk Qadınlar Birliyi»nin sədri Tənzilə Rüstəmxanlı verib. Onun sözlərinə görə, builki parlament seçkilərində Bakıda yaşadığı və tanındığı ərazidən şansını dəyərləndirəcək:

«Bakıda hansısa bir dairədən namizədliyimi irəli sürəcəm. Hələ ki bu haqda tam qərar verə bilmədiyimizə görə, ondan dolayı bir az ləngimələr olur. Hazırda proseslərin gedişini izləyirik, baxaq, görək kim hansı dairədən namizədliyini irəli sürəcək. İki gün ərzində namizədliyimi hansı dairdən verəcəyimi açıqlayacam».

«Namizədliyinizi irəli sürəcəyiniz halda, Sabir Rüstəmxanlı da seçkilərə qatılacaqmı» sualını T.Rüstəmxanlı bu şəkildə cavablandırıb:

«Sabir müəllim hələ ötən il mənə demişdi ki, builki parlament seçkilərinə qatılmayacaq. Mənə dedi ki, builki seçkilərdə sən iştirak edərsən. Bilir ki, mən iki dəfə seçkilərdə iştirak etməkdən imtina etmişəm. Təklifi Sabir müəllim özü irəli sürüb və mənə bildirib ki, seçkilərə qatılmaq sənin də haqqındır. Əgər mən namizədliyimi versəm, o zaman Sabir müəllim seçkilərə qatılmayacaq».