

Dövlət katibi prezidentlə söhbətində Azərbaycan-Ermənistan danışıqları və enerji məsələlərindən razılığını bildirib
Ermənistanın təklifləri hansısa bir detal, təfərrüat xarakterli ola bilər
576 mənzildən ibarət 12 binalıq şəhərcik şəhid ailələri və müharibə əlillərinin istifadəsində
Zəngəzurun bu hissəsini geri ala bilərik
İlham Əliyev: “Ermənilər həmin 10-20 gündə əraziləri minaladılar”
Azərbaycan Prezidentindən iranlı alimə sərt cavab
Prezident ira hakimiyyətlərinin ləğv ediləcəyinin anonsunu verdi
Prezident: “Gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi”
Görüşdə iki ölkə münasibətləri və Bakı-İrəvan arasındakı sülh danışıqları müzakirə olundu
Avropa İttifaqı itkin düşənlərin müəyyən edilməsi ilə bağlı dəstək verməyə hazırdır
Sülh sazişi olmasa, İrəvanı nələr gözləyir?
Dünya Azərbaycanlılarının V Qurultayı haqqında düşüncələr
Zəfərin zirvəsində – Şuşa dünya azərbaycanlılarını bir araya gətirib
Rusiya Avropa İttifaqını Azərbaycan-Ermənistan arasındakı vasitəçiliyi almaq cəhdində suçlayır
Qırğızıstan prezidentinin Bakı səfərindəki Şuşa Bəyannaməsi izi
İlham Əliyev: “İkitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq”
Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar, heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.
Prezident diqqətə çatdırıb ki, ötən müddətdə xarici ticarət dövriyyəsi artıb, xarici dövlət borcu isə azalıb: “Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik”.
Qeyd olunub ki, xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo – cəmi üç ayda 5 milyard dollardan çoxdur: “Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim ixracımız idxalı üstələyir...”.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.