“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Orxan HUN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«1 milyon xərcləyib...»
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
-
AXCP-də daha bir mühacir skandalı
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
-
Aygün Muradxanlıdan AXCP sədrinə müraciət
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
-
«Bəlkə də qaytardılar»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
-
Xəyanət və rəzalətin simvolu
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
-
Kərimli üçün hər şey q(Q)ənimətdir
«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?
-
«Hansı pulla yaşayırsınız?»
Siyavuş Novruzovdan Əli Kərimliyə çətin sual
-
«Müsavat AXCP-nin taleyini yaşayır»
«Gör nə gündədirlər ki, Tural Abbaslı başqanlığa namizəd seçilib»
-
«Əli Kərimlinin yanında perspektiv görmədim»
Keçmiş müşaviri: «Orada qalmaq öz-özünü aldatmaqdan başqa bir şey deyil»
-
«Axı biz nə edə bilərik, ...?»
«İctimaiyyət də girovları müdafiə etməlidir»
-
«Mən onları söysəm də...»
«Əli Kərimlinin xarakterini bildiklərinə görə liderlər onun tədbirinə getmir»
-
«Sağlıq olsun!»
İsa Qəmbər Əli Kərimliyə söz atdı
-
«AXCP Elçibəylə gedib»
«25 illiyi qeydetmə haqqı istənilən insanda var»
-
«Biz siyahı tərtib etmirik»
Partiyalardan «siyasi məhbus» etirazı
-
Əli Kərimlini qovdular
Partiya sədri otelə buraxılmayıb
-
Qabil Hüseynlinin qardaşı Arif Hacılının qardaşını döyüb
Vaqif Hacıbəyli: «Sabir Hüseynov sifətimə zərbələr endirirdi»
Son illərdə, daha doğrusu, 2004-cü ildən bəri sürəkli tənəzzülə uğrayaraq marginallaşan və siyasi dərnəyə çevrilən AXCP-nin sədri Əli Kərimli deyəsən, psixologiya elminə yeni töhfələr verməyi özünə vəd edib. Vətən Müharibəsi qaziləri ilə bağlı yayılmış xəbərlərə reaksiya verməyi siyasi gündəmin ayrılmaz hissəsi hesab edən Əli Kərimli yenə partiya sədri yox, inflüensçi bloqer olduğunu qətiyyətlə, inadla sübut edir.
Əslində, Əli Kərimlinin siyasi tənəzzülünün ən aşağı səviyyəyə çatdığını bilsək də, yanılmaq istərdik.
İstərdik ki, o, AXCP sədri kimi davransın, radikal müxalifət daxmasından çıxaraq konstruktiv və real müxalifət mənsubu olsun, siyasətçi olduğunu xatırlasın, xəyallardan və qarabasmalardan qurtulsun. Gərəkdirsə, siyasi reabilitasiya kursunu özü özünə təyin etsin.
Olmur, alınmır.
Əli Kərimli məşhur “Til Ulenşpigel haqqında əfsanə”də uçuruma yeriyənlərin önündə gedən təki, yol göstərməyə müştaqdır.
Amma... Xatirinizdədirsə, Şarl de Kosterin ölməz əsərindəki həmin şəxslərə yol göstərənin özü görmürdü.
Əli Kərimli də fürsət saydığı hər olaydan maksimum istifadə etməyə çalışan siyasiləşmiş tiplərdən sayılır.
Ona görə də o, istənilən hadisəni özü kimi, öz çapında və anlamında siyasiləşdirir.
Məsələn, qazi Elvin Məmmədovun guya Ağdaşda, Turançay sahilində “özünü yandıraraq intihar etməsi” şayiəsi kimi. Qazinin intihar etmədiyi bəlli oldu – bunu onun özü söylədi.
Amma Əli Kərimlinin əyri oxu nataraz yayından artıq çıxmışdı.
Uğursuz siyasətçilikdən elə o səviyyədəki bloqerliyə tənəzzül etmiş Əli Kərimli nəyin necə və nə zaman baş verdiyini dəqiqləşdirmədən həmişəki ampluasına sadiq qalaraq “Hakimiyyət günahkardır!”, “Hakimiyyət hara baxır!”, “Bu hakimiyyətdən daha nə gözləmək olar ki?!” tipli aşkar demaqogiyaya başlamışdı.
Fəqət, bir müddət sonra bəlli olanda ki, Elvin Məmmədov özünü yandırmayıb, o, “Facebook”dakı səhifəsindəki “izhari-nifrət” paylaşımına kiçik əlavə edərək “Ağdaşda qazi Elvin Məmmədovun intihar etməsi haqda xəbər təsdiq olunmayıb. Elvin bəy bildirib ki, yanmağı ehtiyatsızlıqdan olub, hazırda vəziyyəti stabildir” yazıb.
Göründüyü kimi, cənab Kərimlidə aşkar psevdologiya müşahidə olunur.
Fransız alim Ernest Düpre yazırdı ki, psevdologiyası olan şəxslərdə yalan informasiya və məlumatları uydurmaq, ağlagəlməz və absurd “hadisə”lər formalaşdırıb bəhs etmək meyli müşahidə olunur.
İndivid bu minvalla özünün önəmli şəxs olduğunu göstərməklə başqalarının diqqətini cəlb etməyə çalışır.
Lakin məsələ heç də AXCP sədri və həm də bloqer olan fərdin davranış motivasiyaları ilə bağlı deyil. Çünki ortada Vətən Müharibəsi qazilərindən yaramaz məqsədlərə vasitə qismində istifadə etmək cəhdləri var.
Vətən uğrunda döyüşmək hər vətəndaşın borcu olduğu kimi, həmin vətəndaş müharibədən dönəndən sonra onun problemlərini çözmək, daimi diqqətdə saxlamaq da hər birimizin borcudur.
Aksiomdur, reallıqdır və danılmaz məsələdir.
“Dövlət baba” da belə edir, bu cür davranır və hər qazisini bağrında saxlayır.
Son günlərdə “qazi problematikası”nı gündəmə gətirərək süni şəkildə siyasi dividentlər qazanmağa can atanların belə cəhdləri həddən ziyadə primitiv olduğu kimi, təkrarlanandır.
Daha dəqiq olsaq, deja-vyu effekti yaradır və bəhs etdiyimiz vəsilədən dolayı, nəticəsizdir.
Cəmiyyətdə narazılıq yaratmaq, sonra həmin narazılığı hakimiyyətə toplu şəkildə yönəltmək artıq nimdaşlaşmış “rəngli inqilab”ların köhnəlmiş ssenarisidir.
Amerikalı Cin Şarpın toz basmış “metodiki vəsait”lərini əldən yerə qoymayan siyasət biçarələri özbaşına deyillər. Müstəqil də deyillər, xeyr.
Onlar əvvəllər olduğu kimi, indi də marionetlər təki idarə olunurlar və idarəçilərindən aldıqları yeni göstəriş əsasında hərəkət edirlər.
İllərdən bəri kollektiv şüur axtarışında olaraq sosial bazanın və dəstək kütləsinin yoxluğunu məhz sözügedən nəsnənin dəqiq müəyyənləşməməsi ilə izah etməyə çalışan yerli radikal müxalifət dəstələri Bronks bandaları kimi sürəkli axtarışdadır.
Yeni hədəf, yeni məqsəd, yeni istək.
Amma hər dəfə olduğu kimi, yeni absurd və primitiv tamaşa.
Yenə də yenidən - bu individlər dəyişmir və dəyişiklik niyyətində də deyillər.