
“Yox artıq!” dedirtdi
Əli Kərimli Fransaya görə Bakını ittiham edir
Əli Kərimli Fransaya görə Bakını ittiham edir
“Səhər” kanalının diqqət mərkəzində olan Əli Kərimli Tehranın sifarişi ilə işləyir?
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Tənqid xatirinə tənqid yalnız gerçəkliyi təhrif edir
Agentlik Azərbaycanın mədəniyyət paytaxtında iclas keçirdi
İqtidar və müxalifət eyni fikirdədir
Mingəçevir sahibkarları ilə görüş keçirilib
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Fədakar addımı 25 il keçsə də unudulmayan insan haqqında əhvalat
İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda
Siyavuş Novruzovdan etiraz
Amerikadakı Cin Azərbaycan əleyhinə fəlakət projesi hazırlığında
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və digər müxalifət partiyaları müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin hüquqlarını müdafiə etmək adı altında əslində özlərini qorumağa çalışırlar.
Bu barədə «Trend»ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP-nin kütləvi aksiyalar keçirmək planına münasibət bildirərkən deyib. O vurğulayıb ki, AXCP və digər müxalifət partiyaları öz maliyyə qaynaqları barədə ictimaiyyətə heç bir məlumat vermirlər.
S.Novruzov bildirib ki, «Siyasi partiyalar haqqında» qanunda göstərilib ki, hər bir siyasi partiya öz maliyyə vəsaitləri haqqında ildə bir dəfədən az olmamaq şərti ilə aidiyyəti qurumlar qarşısında hesabat verməlidir: «Bundan əlavə, şəffaflıqdan danışan partiyalar hələ indiyə qədər haradan maliyyələşdikləri və hansı maliyyə mənbələrinin olduğu haqqında məlumat vermirlər».
Onun sözlərinə görə, bu da onu deməyə əsas verir ki, həmin siyasi partiyalar, xüsusilə AXCP həmin QHT-lər vasitəsilə maliyyələşirlər: «AXCP-nin sədrinə sual olunur: özün və ətrafındakılar heç bir yerdə işləmədiyiniz halda, hansı vəsait hesabına cangüdən, avtomobil və fəaliyyətinizi təmin edirsiniz? Uşaqlarınız xaricdə ən yüksək ödənişli məktəblərdə təhsil alır. Bu da ona dəlalət edir ki, məhz həmin QHT-lərin maliyyəsi bu cür partiyalara sərf olunub. İndi də onların hüquqlarının müdafiəsi adı altında özlərini qorumağa çalışırlar».