
Mülahizələr obyektiv təhlilə söykənmir
Tənqid xatirinə tənqid yalnız gerçəkliyi təhrif edir
Tənqid xatirinə tənqid yalnız gerçəkliyi təhrif edir
Mingəçevir sahibkarları ilə görüş keçirilib
Prezidentin köməkçisi: «Beynəlxalq aləmdə kimin necə qiymət verməsindən asılı olmayaraq, biz özümüzü haqlı hesab edirik»
Əliməmməd Nuriyev: «Korrupsiya Qavrama İndeksində Azərbaycana daha yüksək bal verilməli idi»
Hökumətdən QHT-lərlə bağlı daha bir mühüm addım
Əliməmməd Nuriyev: «QHT-ləri narahat edən problemlərin həlli davam edir»
Aşağıdakı yazı deyil, vəziyyətin pornoqrafik təsviridir
«Azərbaycanda qadınların səsvermə hüququ Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl olub»
Siyavuş Novruzovdan Əli Kərimliyə çətin sual
Şurada sektora aid aktual məsələlər müzakirə edildi
Azərbaycan QHT-ləri 2 gün ərzində 761 təşkilat məktub göndərib
Onlar da yerli təşkilatlar kimi eyni qaydada maliyyə hesabatı verəcək
Təhlükəli «fobiya»larla mübarizə üçün 3 milyon ayrıldı
Beynəlxalq ekspertlər Vilnüsə toplaşıb
... və xəbərdarlıq etdi
Yeni qanunvericilik Mərkəzi Bankla bu qurumları üz-üzə qoyub
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev “Şuşa ili”nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb.
İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək agentliyin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir.
Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər.
Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.