Perudan Azərbaycana jest
Konqresdə 28 – may Respublika Günü ilə bağlı sənəd qəbul edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Venesuela Peru ilə diplomatik əlaqələri kəsib
XİN xalqın iradəsinə hörmət edilməsini istəyib
-
Bahalı saat baha başa gəldi
Nazirin istefasından sonra prezidentin evinə basqın edildi
-
180 günlük sağlamlıq xəbərdarlığı
Peruda quş qripindən 10 mindən çox qutan ölüb
-
«Qoca kişidir, təhqir etmək istəmirəm…»
Nazir qonşu ölkənin prezidentini «it», «əl tulası» adlandırıb dedi
-
Ayaqüstü vidalaşma
Putin və Obama sonuncu dəfə Peruda görüşdü
-
«Dəmir at»la zirvələri fəth edən azərbaycanlı
Ramil Ziyadov 3 ilə 45 min km məsafə qət edib (fotolar)
-
10 aylıq körpəni mumiyalayıblar
İnka qəbiləsinin 6,5 min yaşlı sənət əsəri
-
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
«Azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib»
Peru Respublikası Konqresi tərəfindən 28 – may Respublika Günü ilə bağlı sənəd qəbul edilib. Peru Respublikası Konqresi tərəfindən Azərbaycan - Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, qəbul edilmiş sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.
Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu Respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.
İki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.