vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
12:07 | 7 iyun 2017 | Çərşənbə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyana qarşı növbəti məhkəmə iddiası

İrəvan məhkəməsi paytaxt meri uğrunda yeni seçkilərin keçirilməsi barədə iddianı rədd edib

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni müxalifəti saxta seçkilərlə hakimiyyətini möhkəmləndirən Sərkisyan hökumətinə qarşı təzyiqləri artırır. Hakimiyyət isə onların çoxsaylı iddialarını rədd etməkdə davam etməkdədir. Bu dəfə İrəvan məhkəməsi «Yerkir çirani» («Ərik diyarı») partiyasının sədri Zaruhi Postancyanın paytaxt meri uğrunda keçirilən seçkilərin saxtalığı və yeni seçkilərin keçirilməsi barədə iddiasını rədd edib.

Proses zamanı cavabdeh tərəfdən heç kim iştirak belə etməyib. Maraqlısı odur ki, Postancyan məhkəməyə alternativ məhkəmə prosesi keçirib. Onun tərəfdarları İnzibati Məhkəmənin qarşısında tribuna quraşdırıb Ermənistanın bayrağını quraşdırıblar. Partiyanın lideri bildirib ki, hakimiyyətin qurduğu məhkəmə prosesi zamanı onlara iddianı tam şəkildə təqdim etməyə icazə verməyiblər. O bildirib ki, əsl məhkəmə onların küçədə qurduğu məhkəmədir. Postancyanın nümayəndəsi seçkilərin qeyri-legitim olması barədə tələbləri əsaslandıran faktları ortaya qoyub: «Seçkilərdə iştirak edən müxalif siyasi qüvvələr və müstəqil müşahidəçi qrupları hakim partiya tərəfindən çoxsaylı qanun pozuntularına yol verildiyini qeyd edirlər». O, Ermənistan Respublikaçılar Partiyasının (ERP) seçki qərargahlarında seçicilərə mütəşəkkil surətdə rüşvət paylanması hallarının qeydə alındığını bildirib. «Biz bu halların mütəşəkkil xarakter daşıdığına dair təkzibedilməz dəlillərin şahidi olmuşuq və bu hallar müşahidəçilərimiz tərəfindən qeyd edilib», - deyə partiyanın funksioneri Edmon Marukyan bəyan edib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları seçki rüşvətləri ilə mübarizədə fəaliyyətsizlik göstərir, bəzi hallarda isə pozuntuların aşkar edilməsinə maneələr yaradırdılar. «Səsvermə günü Zaruhi Postancyan seçicilərin əvvəlcə ERP qərargahına baş çəkib pul götürüb sonra seçki məntəqəsinə yollandıqlarını müşahidə edib, bunun qarşısını almaq istəyib. Lakin polis Zaruhi Postancyana və onun qızına qarşı zorakılıq edərək, onları qərargahdan kənarlaşdırıb», - deyə Marukyan deyib. Onun sözlərinə görə, Ermənistanda elə bir seçki yoxdur ki, qalmaqalla keçməsin. «İrəvanın ictimai həyatında vacib rolu olan Ağsaqqallar Şurasına seçkilərdə də ənənəvi hal müşahidə olundu. Xeyli sayda qanun pozuntusu ilə başa çatan seçkidə səslərin sayılması şam işığında aparılıb».

Yeri gəlmişkən, Z.Postancyan bəyan edib ki, İnzibati Məhkəmənin qərarının mətni Prezident İqamətgahından göndərilib. Hakimlər isə ancaq onu oxuyublar. «Qanuna hörmət etməli olan hakimlər Serj Sərkisyan və Respublika Partiyası üçün məhkəmə qərarı qəbul ediblər», - deyə erməni siyasətçi bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda prezident Serj Sərkisyana qarşə törətdiyi cinayətlərə - seçkiləri saxtalaşdırdığına, diplomatiya sahəsindəki uğursuzluqlara, ərazi və əsgər itirilmələrinə, miqrasiya və digər səbəblərə görə məhkəmə iddiası qaldıracaq. İnzibati Məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirən xanım siyasətçi sonda Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Z.Postancyan hökuməti rüşvətxorluqda, dövlət əmlakını çapıb-talamaqda, saxtakarlıqda  ittiham edib. Bildirib ki, onlar buna görə qanun qarşısında cavab verməlidirlər. Postancıyan hökuməti devirmək üçün «Milli Müqavimət Hərəkatı»nın başlanmasının lazım olduğunu da bəyan edib. O, vətəndaşlara ünvanlandığı müraciətində siyasi böhranın aradan qaldırılması üçün sosial təbəqələri fəal olmağa çağırıb. «Yerkir çirani»nin İrəvan Ağsaqqallar Şurasındakı fəaliyyətinə toxunan Postancyan bildirib ki, onlar orada qalıb işləməkdə davam edəcəklər: «Qanun pozuntularına yol verən məmurlara qarşı isə məhkəmə iddiaları davam edəcək. Qanunsuzluqlara yol verən məmurların hamısını məhkəmə qarşısında durmasına nail olacağıq. İctimaiyyəti mütəmadi olaraq onun hüquqları barədə məlumatlandıracağıq. Biz tək paytaxtda deyil, bütöv Ermənistan boyu fəaliyyətimizi genişləndirəcəyik».

İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərin nəticələrinə görə, «Əriklər diyarı» 5, hakim Respublika Partiyası 46, «Elk» bloku isə 14 mandat əldə edib.

Prezidentə qarşı ittihamlar tək bununla kifayətlənmir. «Serj Sərkisyan daxili siyasətdə elə bir vəziyyət yaradıb ki, gələn il baş nazir olsun». Bu sözləri isə sabiq baş nazir Aram Sərkisyan bəyan edib. Müxalifətçi deputatın qənaətincə, «hətta ən böyük istək olsa belə, məsələn, Qarabağ məsələsini Karen Karapetyanın aparmasını təsəvvür etmək mümkün deyil. O, Respublika Partiyasının, prezidentin qarşısında davam gətirə bilməyəcək. Onun konkret siyasi komandası yoxdur», - deyə Aram Sərkisyan bildirib.

«İrs» Partiyasının sədri Raffi Ovannisyan isə hesab edir ki, hakimiyyətə qarşı mübarizə aparmaq üçün müxalifət partiyalarına mütləq qaydada möhkəmlənmək gərəkdir. Ovanisyan bildirib ki, bu ayın sonunda keçiriləcək qurultayda parlament və parlamentdən kənar qüvvələrə təkliflərini verəcək. O, ümidvardır ki, payıza qədər hansısa bir nəticə əldə edilməsi mümkündür. Partiya lideri birləşmə yolunda hətta rəhbərlik etdiyi «İrs» partiyasının adının dəyişdirilməsinə qarşı da deyil. Onun sözlərinə görə, ad o qədər də vacib deyil. O, partiyaların birləşməsi məsələsini parlament seçkilərindəki müttəfiqləri – keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq xarici işlər naziri Vardan Oskanyanla da müzakirə edib.