Siyasi mühacir Sərkisyana qarşı iddia qaldırıb
Belçikada yaşayan Qrişa Virabyan onun cinayət məsuliyyətinə cəlb edilməsini istəyir
AZƏR, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Serj Sərkisyana qarşı məhkəmə iddialarının sayı durmadan artır. Onların bir qismi seçki saxtakarlıları, bir qismi korrupsiya, bir qismi də ölkəni saldığı mövcud durumla əlaəqədardır. Bu dəfə onun cinayət məsuliyyətinə cəlb edilməsini siyasi fəal Qrişa Virabyan tələb edib. Bir neçə il bundan əvvəl Belçikada siyasi sığınacaq alan bu şəxs Xüsusi İstintaq Xidmətinə prezident Serj Sərkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müraciət edib. 59 yaşlı Virabyan hesab edir ki, məhz Serj Sərkisyan onun başına gətirilən cinayətlərə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, 2004-cü ildə onu döyən polis işçiləri və şəxsən Yerevan polisinin keçmiş polis rəisi Aşot Karapetyan hələ də cinayət məsuliyyətinə cəlb edilməyiblər.
«Bizim ölkədə bütün qanunların və Konstitusiyanın qorunmasının qarantı prezidentdirsə və o da siyasi qərar qəbul edirsə, onda mən əminəm ki, mənimlə bağlı vəziyyətdə polis əməkdaşlarının cəzalandırılmaması barədə qərarı da o qəbul edib». Virabyan əlavə edib ki, Serj Sərkisyanın ona görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir ki, onun hüquqlarını müdafiə etməyib. Ən əsası, Avropa İnsan Haqları Məhkəməsinin qərarına əməl etməyib. Erməni siyasi mühacirin qənaətincə, Ermənistan hökuməti Avropa Məhkəməsinin qərarlarını qulaqardına vurur - üç ay bundan əvvəl Baş Prokurorluq ona qarşı fiziki təzyiqlərə yol verən polis əməkdaşlarına qarşı cinayət işinin bağladılması barədə qərar qəbul edib. «İndi iş bağlanılıb. Hansı ədalətdən danışmaq olar», - deyə o bildirib. Hüquq-müdafiəçisi 2004-cü ildə keçirilən aksiyalarda Stepan Dəmirçiyanın ən fəal tərəfdarlarından biri olub. Avropa İnsan Haqları Məhkəməsi 2012-ci ildə Ermənistan hökumətinin Qrişe Virabyana ona dəyən maddi və mənəvi ziyana görə 31 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Məhkəmə həmçinin təsdiq edib ki, Qrişa Virabyan istintaq altında olan zaman ona qarşı işgəncələrə yol verilib. Strasburq məhkəməsinin çıxardığı qərarlardan sonra Ermənistan hakimiyyəti cinayət işi qaldırıb. Lakin üç ay bundan əvvəl həmin cinayət işi bağlanılıb. Hüquq-mühafizə orqanları belə bir qənaətə gəliblər ki, Yerevanın keçmiş polis rəisi Aşot Karapetyanın müxalifətçi fəala qarşı şəxsən işgəncələrə yol verməsi təsdiqini tapmayıb. Virabyanın vəkili Ara Kazaryan «Azatutyun»un əməkdaşı ilə söhbətində bildirib ki, növbəti dəfə Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcək.
Ermənistan prezidenti isə öz ampluasındadır. Saxta seçkilər nəticəsində Yerevan meri seçilən Taron Marqaryanın inauqurasiyasında iştirak edib və utanmadan hamıya demokratiya və söz azadlığından dərs keçib. Bəlli olduğu kimi, bu yaxınlarda Yerevan meriyasına keçirilən seçkilərdə ciddi qanun pozuntuları olması səbəbindən müxalifət prezidentin məsuliyyətinə alınmasını tələb edib. Prezident isə yeni merin tədbirində bəyan edib ki, ittihamlar əsassızdır. O bildirib ki, onlar bu ağır mübarizədə qazandıqları mandatlara layiqdirlər. Onun sözlərinə görə, seçkilər arxada qalıb və artıq işə keçmək gərəkdir. Yeri gəlmişkən, iş deyəndə ki, yəqin prezident növbəti saxta seçkiləri nəzərdə tutur. İndi onun qarşısında daha ciddi bir vəzifə durur. Yayılan xəbərlərə görə, Ermənistan prezidenti 2018-ci ildə prezident kreslosunun Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyana ötürülməsi variantına baxır. Bu barədə «Jamanak» qəzeti yazıb. Qəzet vurğulayır ki, o, 2004 və 2008 illərdə Robert Köçəryana və Serj Sərkisyana qiymətəgəlməz xidmətlər göstərib. Beləliklə, iddia olunur ki, növbəti ildə - Qaqik Arutyunyanın 70 yaşı tamam olanda və o, Konstitusiya Məhkəməsinin sədri vəzifəsini tərk edəndə Serj Sərkisyan ona prezident kreslosunu tutmağı təklif edəcək. «Ehtimallara görə, Qaqik Arutyunyan – yeganə şəxsdir ki, Milli Məclis onu bu posta heç bir problem olmadan seçəcək», - deyə nəşr yazıb. Bundan əlavə, Sərkisyanın qarşısında duran əsas vəzifələrdən biri baş nazir Karen Karapetyanı zərərsizləşdirməkdir.
Erməni mətbuatı yazır ki, 2018-ci ildə indiki prezident Serj Sərkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar. İndiki baş nazirin artıq iki dəfə istefa ərizəsi yazdığı barədə informasiyalar da mövcuddur. Serj Sərkisyan ötən gün bəyan edib ki, baş nazirlə mehriban münasibətləri var və onun dəyişmək fikri yoxdur. Lakin «Joxovurd» (Xalq) və «Jamanak» (Zaman) qəzetləri açıq surətdə vurğulayırlar ki, hakimiyyət baş nazirin dəyişdirilməsi oyununa başlayıb. Onların qənaətincə, indiki baş nazir çox pis vəziyyətə düşüb. Onun siyasi taleyinin necə olacağını yəqin ki, Serj Sərkisyan yox, Kremldəki ağaları müəyyənləşdirəcək.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, artıq sistem iflic vəziyyətinə düşüb. Saxta parlament seçkilərindən sonra yeni idarəetmə sisteminə keçməklə ümid edilirdi ki, vəziyyət yaxşılaşacaq. Lakin reallıqda konkret nəticə yoxdur. Korrupsiya hakimiyyətin və cəmiyyətin dərinliklərinə qədər işləyib. Belə durumda şəffaflıqdan, demokratik idarəetmədən danışmaq olmaz.