16:09 | 10 yanvar 2014 | Cümə
Məqaləyə 1651 dəfə baxılıb
Şriftin ölçüsü
Xalq artisti xəstəxanadan imtina etdi
Arif Quliyevin səhhətində ciddi problemlər yaranıb
Xalq artisti Arif Quliyevin səhhətində ciddi problem yaranıb. Yumor ustası ANS PRESS-ə açıqlamasında, əsas probleminin beyindaxili sinirlərinin tutulması ilə bağlı olduğunu bildirdi: «İranda yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. İl yarımdır bu xəstəliklə vuruşuram».
Aktyor səhhətində yaranmış problemlər üzündə İranda və Türkiyədə müalicə aldığını deyir: «Əvvəlcə 12 gün İranda, daha sonra isə 20 gün Türkiyədə özəl xəstəxanada müalicə aldım. Bayramı Vətənimdə olmaq istədiyim üçün Yeni il öncəsi Azərbaycana qayıtdım.
Sayta məlumat verən aktyor bildirib ki, hazırda vəziyyəti normaldır: «Türkiyədə olanda halım pis idi, amma indi şükür olsun Allaha normalam. Özüm istədim ki, burada evimdə, evdə müalicə olunum, xəstəxanaya getsəydim hər kəs gələcəkdi, səs-küy yaradacaqdılar».
Aktyor bunu da qeyd edib ki, bəzi xəbər saytlarında onun hər kəsdən kömək istədiyi yazılıb, amma bu doğru deyil. Heç kəsin mənə borcu yoxdur, kömək edənlər də sağ olsun, etməyənlər də.