Bennifer boşanır
Cütlüyün anlaşmadığı məsələ geyim tərzi və siqaret aludəçiliyidir
MEHİN
MÖVZU İLƏ ƏLAQƏLİ
İki il əvvəl evlənən Cennifer Lopez və Ben Afflek boşanır. Uzun müddətdir evliliklərində problem yaşadığı iddia edilən cütlük son qərarını verib. Evlərini ayıran “Bennifer” cütlüyü münasibətlərini rəsmi şəkildə bitirmək qərarına gəlib.
Dünya şöhrətli müğənni Cennifer Lopez və Hollivud ulduzu aktyor Ben Afflek 2002-ci ildə rol aldıqları və nişanlandıqları filmdə tanış olublar. Lakin evlənəcəyi gözlənilən cütlük bir ildən sonra ayrılıb. Pərəstişkarları və media tərəfindən “Bennifer” adlandırılan ikili, illər əvvəl bitən münasibətlərinə yeni şans verdi və keçmiş nişanlılar 2021-ci ildə evləndilər. Lakin tezliklə cütlüyün evliliyinin üzərində qara buludlar dolaşmağa başladı. May ayından bəri boşanma xəbərlərini təkzib edən cütlük nəhayət ki, evliliklərini bitirmək qərarına gəliblər. Cütlüyə yaxın mənbələr Lopez və Afflekin boşanma sənədləri hazırladıqlarını, lakin rəsmi müraciət etmədiklərini bildiriblər. İddialara görə, cütlük razılığa gəlmək üçün sonuncu dəfə masa arxasına oturub, amma heç nə alınmayıb. Lopez və Afflekin yaxın günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.
***
İddialara görə, maliyyə məsələlərində yaranan münaqişələr cütlüyün evliliyini böhrana salıb. Afflekin son aylarda birlikdə yaşadıqları 60 milyon dollarlıq malikanədən ayrılaraq 100 min dollara ev kirayəyə götürdüyü öyrənilib. Cennifer Lopezin sərvətinin 400 milyon dollar, Ben Afflekin isə 150 milyon dollar olduğu bilinir. Cütlüyün maliyyə məsələlərində fikir ayrılığının evliliklərində ciddi gərginliyə səbəb olduğu bildirilir.
***
Afflek və Lopezin geyim seçimlərinə görə mübahisə etdiyi iddia edilib. Afflek ümumiyyətlə təsadüfi geyinmə tərzi ilə tanınır. O, gününü cins şalvar, köynəklə keçirir. Lakin Lopez tez-tez Afflekin geyinmə tərzindən razı qalmadığını bildirir. Afflekin siqaret aludəçiliyi cütlük arasında başqa bir problemdir. Afflek evlənməmişdən əvvəl bu vərdişindən əl çəkəcəyini desə də, həmişəkindən çox siqaret çəkməyə başlayıb.