Şəkər tozunun qiyməti?
Bu haqda Sərkisyanın qadın alt paltarı satan tərəfdarı «Lfik Samo»dan soruşun
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistanda yay mövsümü ilə əlaqədar şəkər tozuna tələbatın artması bu məhsulun ölkəyə idxalı üzərində inhisarçılıq məsələsini yenidən gündəmə gətirib.
Virtualaz.org xəbər verir ki, «Aykakan Jamanax» qəzeti hazırda Ermənistanda şəkər tozunun topdansatış qiymətinin bir kiloqram üçün 410 dram (85 sent) olduğunu yazır və qiymətin hətta Avropa ölkələri ilə müqayisədə yüksək olduğunu göstərir.
Məsələn, Almaniyada şəkər tozu 69 sentdir, yəni 350 dramdır. Qonşu Gürcüstanda isə daha ucuzdur-cəmi 310 dramdır, yaxud 64 sentdir. Bəs Ermənistanda şəkər tozu niyə belə bahadır? Qəzet yazır ki, bu haqda «Lfik Samo» ləqəbli oliqarx-deputat Samvel Aleksanyandan soruşmaq lazımdır. Çünki Ermənistana şəkər tozu idxalı «Lfik Samo»nun inhisarındadır. Hərçənd dövlət orqanları iddia edir ki, bu sahədə heç bir inhisar mövcud deyil.
«Lfik Samo» vaxtilə İrəvanda qadın alt paltarları satdığına görə bu ləqəbi qazanıb, hazırda o, ölkənin ən varlı oliqarxlarından biridir və Serj Sərkisyanın yaxın tərəfdaşıdır. O, şəkər tozu idxalı ilə yanaşı biznesin bir çox sahələrində fəaliyyət göstərir.
İnhisarçılıq Ermənistanda da ciddi problemdir və bu ölkədə banandan tutmuş kərə yağına, benzin və dizel yanacağından tutmuş digər əsas ərzaq mallarına qədər hər şey hakim klanın adamlarının inhisardadır. Məsələn, banan idxalı məhkəmə qərarlarına nəzarət idarəsinin rəisi olan general Miqran Poqosyanın inhisarındadır. Generalın adamları bu bazara girmək istəyənlərə dəfələrlə silah belə çəkiblər.