vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
14:30 | 14 iyul 2017 | Cümə Məqaləyə 361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan əleyhdarlarını ələ alır

Ermənistan prezidenti onu «quldur» adlandıran sabiq naziri səfir təyin etdi

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Serj Sərkisyan rejimi müxalifəti zərərsizləşdirməyin əcaib yolunu axtarıb tapıb. Ermənistan prezidenti hakimiyyətini möhkəmləndirmək üçün çıxış yolunu ona qarşı sərt mövqedə olan müxalifət funksionerlərini şirnikləndirici vədlər, vəzifələr verməkdə görür. Artıq onun toruna düşənlər də tapılıb. Bir vaxtlar Sərkisyanı «quldur», «korrupsioner» adlandıran, 1998-ci ildə parlamentə hücum edib ona rəqib olanları öldürməkdə ittiham edən Aleksandr Arzumanyan Danimarka və Norveçdə səfir vəzifəsinə təyin edilib. Serj Sərkisyanın müvafiq sərəncamı ilə Qraçya Ağacanyan vəzifəsindən azad edilib. «Serjikin» başqa bir qərarı ilə Rusiyada məşhur şoumen kimi tanınan, «Komedi klub»un rezidenti Qarik Martirosyanın qardaşı, hakim Respublika Partiyasından olmuş keçmiş deputat Levon Martirosyan Kanadaya səfir təyin edilib. Görünür, Sərkisyan Rusiyanın TNT kanalında erməniləri və onun hakimiyyətini təbliğ edən şoumeni bu cür qiymətləndirmək istəyib.

Xatırladaq ki, bir müddət əvvəl «Jamanak» qəzeti Ermənistan prezidenti Serj Sərkisyanın Aleksandr Arzumanyana vəzifə verəcəyini vəd etdiyi barədə xəbər yaymışdı. Lakin A.Arzumanyan yeni vəzifəsi barədə heç bir məlumat vermək istəməmiş və bunu təkzib etmişdi. «O, hansı işə keçəcəyi ilə bağlı ictimaiyyəti xəbərdar etməyi tələsmir. Amma bizə qədər gəlib çatmış informasiya əsasən, söhbət ciddi diplomatik vəzifəsindən gedir», - deyə nəşr bildirmişdi. Beləliklə, qəzetin yazdığı düz çıxıb. Bir faktı da qeyd edək ki, A.Arzumanyan 1992-1993-cü illərdə Ermənistanın Birləşmiş Ştatlardakı səfiri, BMT-də xüsusi nümayəndə kimi çalışıb. 1996-1998-ci illərdə xarici işlər naziri vəzifəsindəişləyib. 1998-ci ildən müxalifət sıralarında olan Arzumanyan özünü radikal müxalifətçi kimi təqdim etməyə müvəffəq olub. Ermənistanın hazırkı hakimiyyətini «cinayətkar» adlandıraraq, bütün baş verən siyasi qətllərdə keçmiş prezident Robert Köçəryan və indiki prezident Serj Sərkisyanı ittiham edib. Aleksandr Arzumanyan dəfələrlə Sərkisyanın istefası tələbi ilə çıxış edib. O, 2008-ci ilin martında keçirilən prezident seçkilərində müxalifət lideri Levon Ter-Petrosyanın seçki qərargahının rəhbəri vəzifəsində çalışıb. Seçkilərdən sonra isə yaşanan siyasi və hərbi qarşıdurmadan sonra iki dəfə həbs edilib, özünü «siyasi məhbus» adlandırıb. 2007-ci il ildə çirkli pulların yuyulması ittihamı ilə saxlanılan Arzumanyan həbs olunsa da, 2009-cu ildə amnistiya ilə azadlığa çıxıb. 2012-ci ildə isə qərbyönümlü «İrs» partiyasından parlamentə seçilməyə müvəffəq olub. Lakin sonradan ordan da uzaqlaşıb. Arzumanyan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün prinsipial əleyhdarı kimi tanınır. Görünür, elə bu səbəbdən də Sərkisyan onu məhz Danimarka və Norveçə səfir təyin etmək qərarına gəlib. Maraqlısı, onun özünün yeni təyinatına necə razılıq verdiyi ilə bağlı açıqlamadır. Hakimiyyəti tanımayan və «quldur rejim» adlandıran sabiq nazir bildirib ki, hazırkı hakimiyyəti deyil, dövləti təmsil edəcək. Bir faktı da qeyd edək ki, parlamentin deputatı olan Aleksandr Arzumanyan Rusiya əleyhinə qatı müxalifətçi baxışları və sərt çıxışları ilə tanınıb. O deyir ki, Kreml üçün Ermənistanın taleyi maraqlı deyil: «Onun öz maraqları var. Hazırda Rusiya Dağlıq Qarabağda status-kvonu dəyişməyə razıdır. Çünki ona neçə erməninin öldüyü, nə qədər ərazini itirdiyi maraqlı deyil. Onun Cənubi Qafqazda öz maraqları var». Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Kreml tərəfindən təyin olunmuş şəxslərdir: «Hakimiyyət Kremlin istənilən təşəbbüsünü reallaşdırmağa hazırdır. Hətta bu, Ermənistanı təhlükəyə aparsa da». Bir faktı da qeyd edək ki, qatı antirusiya mövqeyi ilə seçilən Arzumanyanın vəzifəyə təyin edilməsi Kreml tərəfindən xoş qarşılanmaya bilər. Sərkisyan bununla Qərbə yaxın olduğunu göstərmək istəyib. 

Yeri gəlmişkən, sabiq nazir 90-cı illərdə Ermənistanın Dağlıq Qarabağda apardığı işğalçı müharibəni dəstəkləsə də, sonrakı illərdə kompromis mövqeyi ilə seçilib. Onun Türkiyə ilə də bağlı mövqeyi yumşaqdır. Bir neçə dəfə bəyan edib ki, Türkiyə ABŞ üçün strateji tərəfdaşdır. Sabiq nazir qondarma soyqırımın ABŞ tərəfindən heç bir vaxt tanınmayacağını da bildirib. Və əminlikdə deyib ki, Ermənistan bu məsələdə hər hansı bir müsbət irəliləyiş gözləməsin.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *