vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
17:09 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 3420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Musiqiyə qayıtmaq istəyirəm»

Bir zamanlar ən sevilən müğənnilərindən biri indi kitab yazır, bizneslə məşğul olur

Bir zamanların Xədicə Abbasovası... Emin Sabitoğlu kimi böyük bəstəkarın ilham mənbəyi olmağı bacaran müğənni onun bir çox mahnılarına ölməzlik qazandırdı. Bəstəkarın «Payız gəldi», «Mən sizə gələcəm», «Çiçək yağışı», «Aman ayrılıq», «Sıravi Əhməd», «Güllər» kimi mahnılarını mükəmməl ifa edən Xədicə Abbasova qısa zamanda tamaşaçıların sevimlisinə çevrilmişdi. Lakin 1994-cü ilə qədər...

Çünki sonradan Xədicə Abbasova ilə evlənən bəstəkarın həyatı dəyişdi. 1994-cü ildə isə onlar yenicə müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - Türkiyəyə çalışmağa getdilər.

Bəstəkar 1994-cü ildən ömrünün sonunadək Türkiyədə pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində işlədi. 

Xədicə xanım isə universitetlərin birində ingilis dili müəllimi kimi çalışırdı. 2000-ci ildə bəstəkarın vəfat etməsi Xədicə Abbasovanı da tədricən musiqi aləmindən uzaq saldı. 

Emin Sabitoğlunun vəfatından bir müddət sonra Xədicə Abbasova müğənniliyi ataraq, biznes fəaliyyətilə məşğul olmağa başladı. Bu gün artıq o, işgüzar xanım kimi fəaliyyət göstərir.

Xədicə Abbasova son illər müğənnilikdən tamamilə uzaq düşüb. O, hətta ingilis dili müəlliməsi kimi çalışdığı universitetlə də əlaqəsini kəsib.

Modern.az saytının əldə etdiyi məlumata görə, xanım müğənninin qapı-pəncərə hazırlanan sexi var. Müğənnilik və müəlliməlikdən imtina edən Xədicə xanımın qazanc mənbəyi məhz bu biznesdir.  

Bir müddət əvvəl Azərbaycan efir məkanında yayımlanan proqramların birinə telefon vasitəsilə qoşulan Xədicə Abbasova özü barəsində bunları deyib: «Uzun zamandır xaricdə yaşayıram. Vətəndən çox uzaqlardayam. Eminsiz bərqərarım yoxdu. Amma qəlbim sizinlədi. Hamı mənə deyir qayıt Azərbaycana. Qayıdacam. Amma orda Emin Sabitoğlunu görməyəcəm. Eminlə yaşadığım gözəl günləri xatırlamaq istəyirəm. Məhz ona görə, qayıdacam. Xaricdə iş həyatım var. Onunla məşğulam. Musiqiyə qayıtmaq istəyirəm. Eminsiz həyat mənə acı verir. Musiqiyə qayıtsam, orda Emin Sabitoğlu olmayacaq. İçimdən keçənləri hələ ki kitaba yazıram».