vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
08:46 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 1129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yezidilər kəndindəki basqının təfərrüatları

Bir nəfərin ov tüfəngi ilə dörd nəfəri öldürüb, yeddisini yaralaması inadırıcı deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda yezidilər yaşayan Şamiram kəndində qanlı hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Avqustun 1-də kəndin qəbiristanlığı ərazisində mərhumların xatirəsinin yad edilməsi günü münasibətilə tədbir zamanı naməlum silahlı şəxsin hücumu nəticəsində 4 nəfər ölüb, 7 nəfəri yaralanmışdı.

İlk məlumatda 8 nəfərin yaralandığı bildirilirdi.

Ermənistan İstintaq Komitəsi Ağır Cinayətlər Baş İdarəsində «bir çox insanın həyatı üçün təhlükəli üsulla iki və artıq şəxsin qətli faktı» üzrə cinayət işi açılıb.

Kənd sakinlərinin jurnalistlərə dediyinə görə, hücum edən şəxs «Niva» markalı ağ avtomaşınla gəlib.

Ermənistan polisinin məlumatına görə, silahlı hücumda şübhəli bilinən Ermənistanın Armavir vilayəti Myasnikyan kəndində yaşayan 50 yaşlı Telman Kalaşyandır.

O, hadisə yerindən dönərkən qəzaya uğrayıb, və maşınını yolda qoyub qaçmışdı, istintaq bildirir.

Bəzi hadisə şahidləri avtomatdan atəş açıldığını deyir, lakin polis Telman Kalaşyanın öz adına yazılmış «Sayqa» markalı ov silahından istifadə etdiyini bildirir.

Hələlik qanlı hadisənin səbəbi kimi pul borcu nəzərdən keçirilir.

«Sayqa» silahı 10-12 patron tutan, avtomatik dolan, AK Kalaşnikov avtomatının bazası əsasında yaradılmış, xarici görünüşünə görə AK-74M və AK-74C bənzəyən ov-idman silahıdır.