Bağırovun cəsədinin qalıqlarını kim tapdı?
O, xanımı ilə oğlunun qəbirləri arasında dəfn edilməsini vəsiyyət etmişdi
Söhbətləşdi: Eynulla FƏTULLAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
-
Kəndli qiyamları
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
-
Tehran divarlarında Abbas Lisani şüarları
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
-
Tozlu havada liftə minməyin fəsadları...
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)
-
Vahid təşkilata və liderə ehtiyac var ...
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
-
«Həmişə onlardan ummuşuq»
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
-
... Rejim qadını necə sevə bilər?
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
-
Qadının cəmiyyətdəki rolu
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
-
Mircəfər Bağırov Xruşşovun qardaşını niyə güllələdi?
Cangüdən Məhəmməd Şıxəliyev qaranlq illərin sirlərini açır
-
«Cəfərin yeri»
Bura Elçibəy də, Köçəryan da gəlirdi...
-
Məhbus xanımın ölüm rəqsi
Məşhur pianoçunu necə qətl etdilər
-
«Erməni Güney Azərbaycan türklərinin adından danışır»
Yaxud erməninin panfarsçılığı
Stalinizm dövründə Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun ən yaxın qohumları onun qalıqlarını Yasamal rayonunun köhnə qəbiristanlığında yenidən dəfn ediblər. Bu sensasiyalı informasiyanın elanından sonra biz M.Bağırovun bacısı nəvəsini - tədqiqatçı Məmmədtağı Bağırovu redaksiyamıza dəvət etməyə qərar verdik. Öz böyük əcdadının güllələnməsi günündən Məmmədtağı Bağırov həyatını hökmdarın edamı ilə bağlı təfərrüatların araşdırılmasına həsr edib. Və budur, yarım əsrdən sonra M.Bağırovun vəsiyyəti həyata keçdi – sabiq hökmdar öz xanımının və oğlunun yanında dəfn edildi.
- Siz Mircəfər Bağırovun qalıqlarının, Bakıda güllələnmiş digər dustaqların adsız qəbirində tapılmış qalıqlardan ayırd edilməsinə necə nail oldunuz?
- Bir hörmətli insan öz atasının qalıqlarlarını axtarırdı. Onunla söhbətdə onun atasının güllələnməsi haqda əmri yerinə yetirmiş şəxs təsadüfən deyib ki, o burada güllələnib və Mircəfər Bağırovun külü də həmin qəbirdədir. Axı o vaxt güllələnənləri tabutda və ya kəfəndə dəfn etmirdilər. Onları dustaq paltarında və ya geyimində güllələyir, çuxurlara atır və üstlərini torpaqla örtürdülər. Bağırovu da, həmçinin, o cür güllələyib, basdırmışdılar.
- Siz Bağırovun qalıqlarlarını nə vaxt aşkar etdiniz?
- İki il əvvəl. Sonra laboratoriya tədqiqatları başlandı. Londonda mənim nənəmin-Mircəfər Bağırovun Qubada dəfn olunmuş bacısının, həmçinin onun nəticəsinin DNT, qan analizləri Mircəfər Bağırovun qalıqlarlarının əsilliyini tamamilə təsdiq etdi.
Biz onu islam qanunları əsasında dəfn etdik.
- Həqiqətənmi qəbirdə onun pensnesi və müştüyü tapılmışdı?
- Bəli, bu belədir. Mən onları evə apardım. Nə vaxtsa sizə göstərərəm.
- Niyə siz onu köhnə Yasamal qəbiristanlığında dəfn etməyə qərar verdiniz?
- Orada M.Bağırovun birinci xanımı Mariya, hansı ki, 1926-cı ildə ölüb, uyuyur. 1943-cü ildə isə orada onun almanlarla döyüşlərdə həlak olmuş oğlu Cahangir dəfn edilib. Mircəfər həmin dəfndə onu Mariyanın və Cahangirin qəbirləri arasında dəfn etməyi vəsiyyət etmişdi.
Yeri gəlmişkən, Bakıda Fəxri Xiyaban 1948-ci ildə yaradılıb. Buna görə o vaxta qədər bütün məşhur insanları və birinci katibin qohumlarını müxtəlif qəbiristanlıqlarda dəfn edirdilər.
Təəssüf ki, biz onu xanımının və oğlunun arasında dəfn edə bilmədik, çünki bizdə artıq onun qalıqlarlarını tapmağa ümid yox idi. 1996-cı ildə M.Bağırovun qardaş qızı Teyba-xanım dünyasını dəyişdi. Və biz onu orada dəfn etdik. Mircəfər Bağırovu isə oğlunun yanında dəfn etdik. Orada boş yer var idi.
- Bəs Bağırovun ikinci oğlu? Deyəsən, onu Cen çağırırdılar, elədirmi?
- Bəli, bu həqiqətdir. 1 martda Bağırovun arvadı Mariya Alekseyevna öldü və o, 4 il dul qaldı. Mənim nənəm, hansı ki, ona ana kimi idi, təkid edirdi ki, o ikinci dəfə evlənsin. Mircəfər ona tez-tez baş çəkir, qulaq asır və dərin ehtiram bəsləyirdi. Və mənim nənəm, eləcə də onun bacısı təkid etməyə başladılar ki, o ailə qursun. Mircəfər ikinci dəfə Yevgeniya Mixaylovna ilə evləndi. O İçəri Şəhərdə yaşayırdı. 1932-ci ildə onların oğlu doğuldu və onlar onu Cen adlandırdılar.
Soruşa bilərsiniz ki, niyə Cen? Bu Cəfərin və Jenyanın adlarından götürülmüş hərflərdir. «C» və «J» – beləliklə, Cen adı yarandı. O, 1994-cü ildə Moskvada dünyasını dəyişdi.
- Moskvada nə ilə məşğul olurdu?
- Cen Bağırov texniki elmlər doktoru, professor idi. Qardaşının faciəli şəkildə həlak olmasından sonra o onun yolu ilə getmək, hərbi pilot olmaq istəyirdi. Cen 1950-ci ildə Tiflis Hərbi Məktəbinə, sonra isə N.E.Jukovski adına Moskva Hərbi Hava Akademiyasına daxil oldu.
Mircəfəri 1955-ci ildə Moskvada həbs etdilər. Bundan sonra Ceni Akademiyadan çıxardılar və o, Moskva Kənd Təsərrüfatı Akademiyasına daxil oldu.
- Bəs Bağırovun dəfnində kimlər iştirak edirdi?
- Qohumlar. Biz evə molla dəvət etdik və ona İslam qaydaları ilə dua oxutduq. 5 mayda, onun ölüm günündə, mən mətbuat konfransı keçirmək və jurnalistləri qəbiristanlığa dəvət etmək istəyirəm.
- Niyə belə təvazökar başdaşı? Nə büst qoyulub, nə də şəkil var. Daşda yalnız təvazökar yazı gözə dəyir…
- Mircəfərin idarəçiliyi dövründə mətbuatda onun yalnız 3 şəkli dərc edilmişdi. 1946-cı ildə ad günündə ona Lenin ordeni verdilər. Bax, onda bir şəkli çıxdı. İkincisi Ali Sovetin deputatı olanda. Və biri də var – o, kabinetdə olarkən.
- Bəs Mircəfər Bağırovun sağ olması, Sibirdə sürgün həyatı yaşaması haqda şayiələr hardan çıxmışdı?
- Belə bir yalançı ziyalı və yalançı tarixçi var- Ədalət Tahirzadə. Bu tarixi o uydurdu, onu internetə qoydu və üstəlik, hansısa bir ağsaqqal-korun şəklini də verdi ki, guya o Bağırovdu. Tam cəfəngiyat idi! Bir müddət əvvəl SSRİ vaxtlarının prokurorluq orqanlarının məşhur işçisi İdris Əsgərov dünyasını dəyişdi. Mircəfər Bağırovun idarəçiliyi dövründə kifayət qədər gənc yaşda o, Nərimanov rayonunun prokuroru işləyirdi. Nə vaxt ki, onun yanında Sibirə istinadlar haqda söhbət salırdılar, o bərk əsəbiləşir və bunu təkzib edirdi. Yeri gəlmişkən, bizə M.Bağırovun güllələnməsi, eləcə də onun sol– sinəsindən vurulması xahişi haqda məhz İ.Əsgərov bəhs etmişdi. Və o həmişə bu barədə danışırdı...
- Siz Mircəfər Bağırovu xatırlayırsınız?
- Əlbəttə, xatırlayıram. Mən 1941-ci il təvəllüdlüyəm... Xatırlayıram ki, necə nənəsinin və dayısının yanına gəlirdi.
- Siz Bakıda yaşayırdınız?
- Yox, Qubada. Bağırovun güllələməsindən sonra bizi təqib edir, dinc qoymurdular. Və biz bütün ailə ilə Xaçmaza köçməyə məcbur olduq. Necəsə, hətta bəstəkar Niyazi bu işə qarışmağa və bizi müdafiə etməyə çalışırdı, o mənim atamla yaxın dostluq edirdi. Niyazi rayona bizə gəldi və raykomun birinci katibi Məmməd Orucovla görüşdü, ondan bizi təqib etməməyi, işlə təmin etməyi xahiş etdi. Amma Orucov ona açıq dedi ki, yalnız yuxarıdan göndərilən təlimatı icra edir. Bizi ən açıq formada Qubadan deportasiya etdilər. Yalnız ona görə ki, Bağırovun qohumları idik.
- Görünür, Bağırov sizə-Qubaya tez-tez gəlirmiş. Və beləliklə, yeni hakimiyyət tarixi silməyə qərar veribmiş…
- Bəli, o mənim nənəmgilə və öz dayısı – Mirmurtuzagilə (indiki ekologiya və təbii sərvətlər naziri Huseynqulu Bağırovun babası) gəlirdi. O inanılmaz dərəcədə mərhəmətli və sadə insan idi. Məsələn, mənim nənəm həmişə aşı əlilə yeyirdi. Amma elə ki, o gəlirdi, utanır və çəngəldən istifadə etməyə çalışırdı. Mircəfər isə ona deyirdi ki, sənə necə rahatdır, elə ye, özünü azad hiss elə!
Biz heç vaxt Bağırovla öz qohumluq əlaqəmizi büruzə vermirdik! Siz nə danışırsınız? Bəyəm bu mümkün idi? Əgər o bilsəydi, bizə heç də yaxşı olmazdı. Hamı necə, biz də o cür yaşayırdıq, qohumumuzun partiyanın birinci katibi olduğunu hiss etdirmədən...
Bəs güllələnmədən sonra nə oldu? Bizim hamınızı partiyadan çıxardılar. Mənim atamı partiya biletindən məhrum etdilər, ona görə ki, guya elektrik enerjisi üçün borcu ödəməmişdi. O vaxt bu gülməli deyildi!
- Yəqin ki, Bağırov rayona böyük müşayiətçilər və mühafizəçilər dəstəsi ilə gəlirdi?
- Hansı müşayiətçilər? Nə mühafizə? Siz nə danışırsınız? Yanında bir sürücüsü və bir də köməkçisi olurdu.
- Bağırov hansı evdə yaşayırdı?
- O, uzun müddət Prezident Administrasiyasının yaxınlığında, indiki İncəsənət Muzeyinin binasında üç otaqlı mənzilə yaşayıb. Sonra elə orada birinci katiblər üçün işçi iqamətgahı tikdilər – Göz klinikasının indiki binası. Yeri gəlmişkən, bu klinikanı alman hərbi əsirləri tikmişdilər.
Mircəfər həmişə mənim atama gileylənirdi ki, özünü bu evdə diskomfortda hiss edir, çünki binanın əsirlər tərəfindən tikilməsi ona daim əzab verirdi. Onun mənzilində təmtəraq deyilən şeydən əsər-əlamət yox idi: nə bahalı mebeli vardı, nə də qızılı bər-bəzəyi. Onda yalnız hər an gözlənilən qəfil səfər üçün nəzərdə tutulan və «hamam çamadanı» adlandırılan bir şey var idi. O əvvəlcə Bakını, sonra isə bizim dünyanı elə o çamadanla da tərk etdi…