Vahid təşkilata və liderə ehtiyac var ...
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
Azər SARIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
-
Kəndli qiyamları
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
-
Tehran divarlarında Abbas Lisani şüarları
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
-
Tozlu havada liftə minməyin fəsadları...
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)
-
«Həmişə onlardan ummuşuq»
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
-
... Rejim qadını necə sevə bilər?
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
-
Qadının cəmiyyətdəki rolu
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
-
«Erməni Güney Azərbaycan türklərinin adından danışır»
Yaxud erməninin panfarsçılığı
İrandakı etiraz dalğası ilə bağlı yazmışdım: bu gün də olmasa, sabaha hazır olmalıyıq!
Bu gün İrandakı hərəkatımız nə qədər miqyaslı olarsa-olsun, qalib gələcək gücdə deyil. Çünki hərəkatımızın lokomotiv təşkilatı və lideri yoxdur. Hazırki İran idarəçiliyi də baş verəcəklərə qarşı preventiv tədbirlər proqramı ilə hazır görünür.
2500 ildən artıq dövlətçilik təcrübəsinə malik İran idarəçiliyi məzmunu saxlamaqla forma dəyişkənliyi ilə dövləti yaşatmaq təcrübəsini yenidən tətbiq etmək gücündə görünür. Necə ki, zaman-zaman həmin praktikanı tətbiq edərək panfarsist xarakterə malik dövlətçiliyi qoruyaraq saxlaya bilib. İranı yaxşı bilənlər fərqindədirlər ki, bu dövlətin idarərçiliyinin də, dövlətə qarşı etirazların da özəyini türklər təşkil edib.
İrandakı ərəblər, kürdlər, bəluclar və digər milli və etnik azlıqların türklər qədər forma və məzmun dəyişikliklərinə ciddi təsiri olmayıb. İranın tarixi göstərir ki, ümumilikdə türklərin aşağılı-yuxarılı təsiri olmadan, İran coğrafiyasında dəyişiklik imkanları çətin gerçəkləşə bilər. Lakin bu dəyişiklikdən kimin qazanacağı bizim üçün həyati məsələdir: panfarsist ideologiyası daşıyıcılarının, yaxud İran coğrafiyasındakı qeyr-fars xalqlarının, o cümlədən soydaşlarımızın.
İran ciddi dəyişikliklərə hamilədir və bu dəyişikliklər təbii olaraq, bizə də təsirsiz ötüşməyəcək. Ona görə də hadisələri qarşılaya biləcək proqrama malik olmalıyıq. Bundan başqa, fərd olaraq da Güneydəki soydaşlarımızın gələcək sıxıntılarını qarşılamağa böyük ideallar naminə hazır olmalıyıq. Digər tərəfdən, İranda dəyişiklik gözləyən xarici güclər bu amilləri nəzərə almalıdır.
Bu dəfə də azərbaycanlılarsız dəyişiklik mümkün olmayacaq. Lakin dəyişiklikdən sonra idarəçilikdə azərbaycançı təfəkkürlülər olacaqmı? Əvvəlki inqilablardakı kimi olsa, xeyr!
Ona görə yazıram ki, hazır olmalıyıq! İndi İranda rejim dəyişikliyinə gedəcək etirazların sürətlə vüsət almasını istəmərəm. Ona görə ki, hələ hazır deyilik.
Nə hərəkatımıza rəhbərlik edə biləcək təşkilatımız var, nə də çoxluğun qəbul etdiyi liderimiz.
İddiamız imkanlarımıza uyğun deyil.