Millimiz Norveçə qarşı
Futbolçularımız qalib gəlsə rekord qıracaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Ya «Neftçi», ya U-21
Rəşad Sadıqov üçün 2 seçim var ...
-
«Xeyli razı qaldım»
Lars Laqerbek: «Məqsədimizə nail olduq»
-
Oslodakı mistik 4
Azərbaycan millisinin Norveçdəki məğlubiyyəti rəqəmlərin gözü ilə
-
Oslo mənzərəsi
AFFA-ya qiyməti Norveç «2» yazaraq verdi
-
«Biz futbolçuların səviyyəsi budur»
Rəşad Sadıqov: «Bütün problemlərimiz Şimali İrlandiya ilə oyundan sonra başladı»
-
Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.
Futbolinfo.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Norveç yığması ilə qarşılaşacaq. Ardıcıl üç məğlubiyyətə üzülən futbolçularımız uğursuzluq zolağından çıxmaq üçün Bakıda məğlub etdikləri bu rəqibdən Osloda da xal almağı hədəfləyiblər.
Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.
Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
1 sentyabr
22:45. Norveç – Azərbaycan
Polşalı hakimlər qrupu: Daniel Stefanski, Robert Marçin Bonek, David Qolis, Bartoş Frankovski.
Oslo. «Ulleval» stadionu.
1. | Almaniya | 6 | 6 | 0 | 0 | 27-1 | 18 |
2. | Şimali İrlandiya | 6 | 4 | 1 | 1 | 11-2 | 13 |
3. | Çexiya | 6 | 2 | 3 | 1 | 9-5 | 9 |
4. | Azərbaycan | 6 | 2 | 1 | 3 | 3-9 | 7 |
5. | Norveç | 6 | 1 | 1 | 4 | 6-10 | 4 |
6. | San Marino | 6 | 0 | 0 | 6 | 1-30 | 0 |