vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
23:46 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ «Qazprom»u sıradan çıxara biləcəkmi?

Sanksiyalar şirkətin Avropa qaz bazarındakı mövqeyinə təsir edəcək

«Die Welt» (ALMANİYA)

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadakı heç bir konsern ölkə iqtisadiyyatının problemlərini qaz nəhəngi «Qazprom» qədər çılpaqlığı ilə ortaya qoya bilməz. Burada heç bir sahədə olmadığı kimi Amerika ilə rəqabət gedir və eyni zamanda da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların nəticələri özünü daha çox büruzə verir. Bununla yanaşı, neftin qiymətinin düşməsi də, «Qazprom»a təsirsiz ötüşməyib.

Əgər çılpaq rəqəmlərə baxsaq, onda Rusiya konserni hələ də nəhəng görünür. »Qazprom»un ən cazibədar satış bazarı olan Qərbi Avropadakı satışları hal-hazırda heç zaman olmadığı qədər yaxşı gedir. Bunu iki gün əvvəl birinci yarım ilin nəticələri barəsində dərc edilən sənədlərdə də, görmək mümkündür. Dünyanın ən böyük qaz şirkəti bu ilin birinci yarısında Qərbi Avropaya 119,1 milyard kubmetr qaz satıb. Bu, demək olar ki, keçən ilin anoloji dövrünə nisbətən 9 faiz çoxdur.

Qazın qiyməti müəyyən mənada altı-doqquz ay gecikmə ilə neftin qiymətinə uyğun vəziyyətə gəlir. Hal-hazırda isə neftin bazardakı qiyməti aşağıdır.

Belə ki, bu ilin ilk altı ayında «Qazprom»un əldə etdiyi gəlir, keçən ilin anoloji dövrünə nisbətən 37 faiz azdır. Əgər pul hesabıyla götürsək, bu, 5,4 milyard avroya bərabərdir və bu cür azalmanın səbəbi həmçinin son dövrlər avro və dollar qarşısında dəyər itirən zəif rublla da bağlıdır. Çünki «Qazprom» öz valyuta ehtiyatının böyük hissəsini məhz bu valyutada saxlayır.

Valyuta məzənnələrinin qalxıb-enməsindən daha vacib faktor son zamanlar «Qazprom»un Rusiya və ABŞ arasındakı geosiyasi atəşin kəsişmə nöqtəsində qalmasıdır. Hərçənd ki, »Qazprom» avropalıların sanksiya siyahısına daxil edilməyib, lakin ABŞ özünün yeni antirusiya sanksiyalarını məhz «Qazprom»un sevimli «Şimal axını-2» layihəsinə qarşı yönəldib.

«Qazprom» nəzərdə tutulan layihənin köməyi ilə uzunmüddətli perspektivdə özünün Avropa bazarındakı lider mövqeyini möhkəmləndirməyi planlaşdırır. ABŞ Avropanın birbaşa qaz tədarükçüsü olmaq istəyini gizlətmir. Və beləliklə, ABŞ «Qazprom»un rəqibinə çevrilir. İndi sanksiyalar «Domokl qılncı» kimi Rusiya konserninin başı üzərindən asılıb. Həm də onun avropalı tərəfdaşları «Şimal axını-2» layihəsi ilə əlaqədar əminsizlik hiss edirlər.

Avropa ilə biznes «Qazprom» üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki orada evdə qazanılandan daha çox pul əldə etmək mümkündür. Rusiyanın daxilində qazın 1000 kub metri 3761 rubla satılır ki, bu da Avropadakı qiymətlərdən üç dəfə aşağıdır. Rusiyadakı qiymətlərin düşməsi hələ davam etməlidir.

Qaz bazarında rəqabət sürətlə və aqressiv şəkildə artır, həm də bu artım təkcə «Novatek» şirkəti kimi iri rəqib hesabına deyil, ilk əvvəl çıxardıqları qazı məmnuniyyətlə həmin şərtlər daxilində satmaq və hətta ixrac etmək istəyən neft şirkətləri hesabına baş verir. Amma neft şirkətlərinə çıxardıqları qazı ixrac etmək müyəssər olmur.

Ancaq bütün bunların hamısı sürətlə dəyişə bilər. Bir də böyük neft konserni «Rosneft»in rəhbəri «Qazprom»a zərbə vurmağı öz qarşısına məqsəd qoyub. Bu planın uğurla nəticələnə biləcəyinin başlıca səbəbini, ən əvvəl «Rosneft»in rəhbəri İqor Seçinin Vladimir Putinin ətrafındakı ən nüfuzlu şəxslərdən biri olması ilə əlaqələndirirlər.

Müşahidəçilər deyirlər ki, Almaniyanın keçmiş kansleri Herhard Şröderin «Rosneft»in Direktorlar Şürasina daxil olmaq planaları onun «Qazprom»la mübahisələrdə vasitəçılik missiyasını yerinə yetirəcəyi ilə bağlıdır. (tərcümə azpolitika.info)