San Marinoya görə mükafat?!
Bəs cəza necə olur?
KÜRŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Təəssüf ki, alınmadı»
«Özümüzü aldatmayaq, bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik»
-
Millimiz San Marinonu darmadağın etdi
Robert Prosineçkinin yetirmələri 10 xallıq rekordu 5 qolla keçdi
-
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda San Marino millisini 5:1 hesabı ilə məğlub edən Azərbaycan yığmasının üzvlərinə AFFA tərəfindən böyük məbləğdə mükafat verilib.
Mətbuatda yazılanlara inansaq, AFFA millinin start heyətinə 50 min manat mükafat ayırıb. Əvəzetmədən meydana daxil olanlara məbləğin 75, ehtiyat skamyasında olanlara isə 50 faizi çatıb.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə bu barədə danışmaq istəsək də, o, ancaq iş günü cavab verə biləcəyini söylədi: «Bu barədə məndə məlumat yoxdu. İş günü dəqiqləşdirə bilərəm«.
San Marino dünya futbolunda hətta zəiflər sırasında yer almayacaq qədər zəif millilərdən sayılır. Təsadüfi deyil ki, bu komanda cari seçmə mərhələdə 8 oyunda cəmi iki qol vurub (birini Azərbaycan yığmasına), 38 top buraxıb. Bu cür komandanı hətta sonuncu dəfə nə vaxt qələbə qazandığı yaddan çıxan «Neftçi« də darmadağın edə bilər. Elədisə, niyə San Marino kimi bir komandanı məğlub etməyə görə pul verilməlidi? Ümumiyyətlə, səviyyəsindən asılı olmayaraq qələbə qazandığı, hətta heç-heçə etdiyi oyunlar üçün pul mükafatı alan Azərbaycan millisinin üzvlərinə məğlubiyyətlərə görə də cəza verilirmi? Məsələn, Norveçlə səfərdəki, Şimali İrlandiya ilə oyunlardakı nəticələrə görə futbolçular məsuliyyət daşımırmı? Daşıyırlarsa, necə daşıyırlar?
Bu gün Azərbaycanda insanların necə yaşadığı hər kəsə məlumdu. Müəllimlər, həkimlər hansı məvacibi alır, hər kəs bilir. Uzağa niyə gedək, idman mətbuatında çalışan jurnalistlərin aylıq qazancı nə qədər olur? 200, 300, uzağı 500 manat. Onsuz da yetərincə yaxşı yaşayan, yaxşı qazanan futbolçulara borclu olduqları işə - San Marinonu məğlub etməyə görə niyə mükafat verilməlidi? (komanda.az)