«Təəssüf ki, alınmadı»
Robert Prosineçki: «Özümüzü aldatmayaq, bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Telefonda pul söhbəti etməzlər»
Prosineçki bu gün millimizdən ayrılır...
-
Prosineçkinin növbəti oyunu
Xorvat məşqçi yenə köhnə üsullarla qiymət qaldırır
-
Yenə də beşinci
5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb
-
«Qollar gəlməli idi»
Yoahim Löv: «Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur»
-
«Hesab 6:3 ola bilərdi»
Robert Prosineçki: «Nəticə bizi qane etməsə də, yaxşı oynadıq»
-
Prosineçkinin nə dərdi var?
Kapitanlıq sarğısını himni ürəkdən oxuyan oyunçu daşımalıdır
-
«Futbolda hər şey ola bilər»
Robert Prosineçki: «Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək»
-
«Cəmi 3 gün vaxtımız var»
Prosineçki: «Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək»
-
«AFFA ilə danışığımız olmayıb»
Robert Prosineçki: «Gələcəkdə necə olacaq, bilmirəm»
-
San Marinoya görə mükafat?!
Bəs cəza necə olur?
-
Millimiz San Marinonu darmadağın etdi
Robert Prosineçkinin yetirmələri 10 xallıq rekordu 5 qolla keçdi
-
Vurum sizin qolunuzu...
Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər
-
«Hədəf tez qol vurmaqdır»
Robert Prosineçki: «Seçmə mərhələyə başlamazdan əvvəl 2-ci yer tutmağa ümid edirdik»
-
«3 xal Bakıda qalmalıdı»
Prosineçki: «San Marino ilə oyunda hücuma daha çox diqqət yetirəcəyik»
-
«Avropada zəif çıxış edən ölkə yoxdur»
Vaqif Sadıqov: «Prosineçkinin müəmmalı davranışları öz rolunu oynadı»
-
Mənasız ümidlər...
Yaxud 3 milyon avroluq Prosineçki, 5 qəpiklik futbol
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda San Marino yığmasını 5:1 hesabıyla məğlub edən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Bu qələbəni qurban bayramı münasibətilə Azərbaycan xalqına həsr edirik. Norveç məğlubiyyətindən sonra komandam sübut etdi ki, yaxşı oynaya bilir. 90 dəqiqə dayanmadan hücum etdik. Norveçlə oyunda çox səhvlər etmişdik. Məndə olan məlumata görə, ilk dəfə Azərbaycan millisi rəqib qapısından 5 top keçirdi. Oyundan və nəticədən razı qaldım.
- Millidə debüt edən Təmkin Xəlilzadənin çıxışından razı qaldınız?
- Bəli, onun oyunundan razı qaldım. İlk oyunu idi. Müdafiədə üzərinə çox yük düşmədi. Hücumlara da qoşulurdu. İlk oyunu olmasına baxmayaraq, yaxşı təsir bağışladı.
- Yığma hazırda 3-cü pillədə qərarlaşıb. Sizin əsas məqsədiniz neçənci yeri tutmaqdı?
- Bizi evdə Çexiya ilə oyun gözləyir. Bu komandadan səfərdə xal almışdıq. Çalışacağıq ki, bu komanda ilə ev oyununda da yaxşı çıxış edərək, xal və ya xallar qazanaq. O ki qaldı Almaniya ilə səfər oyununa, özümüzü aldatmayaq. Bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik.
- Dmitri Nazarov sanki Norveçlə səfər oyununda qəsdən sarı vərəqə aldı. Adətən bu cür epizodlarda belə sərt oynamır. Bu, qarşıdakı oyunlarda onun sarı vərəqələrini «sıfırlamaq» üçün sizin göstərişiniz idi?
- Heç vaxt oyunçularıma belə göstəriş verməmişəm, verməyəcəm də. Bilmirəm, o özü bu barədə fikirləşib, ya yox. Bunu onun özündən soruşsanız yaxşıdır.
- Renat Dadaşov bu gün millidə debüt etdi. Onun çıxışı barədə nə deyə bilərsiniz?
- Dünən də demişdim ki, imkan olsa, Renata şans verəcəm, verdim də. Gəlin tələsməyək. Gələcək oyunlarda ona şans verib-verməyəcəyimə təlim-məşq toplanışlarında qərar verəcəm. Bu, onun özünü necə göstərməsindən asılı olacaq. Ola bilsin, gələn tsikldə ona tez-tez şans verdim.
- Rəşad Sadıqov bu oyunda qol vursa da, yenə bir neçə səhvə yol verdi...
- Hansı səhvləri deyirsiz? Bu gün kobud səhv etmədi. Ola bilsin, ötürmələrdə bir neçə səhv etdi ki, bu da, kobud səhv deyil. Gələn oyunlarda fiziki durumu imkan versə, şans qazanacaq. Oynamasa belə, millidə yer alacaq.
- Ruslan Abışov niyə hələ də sizin etimadınızı qazana bilmir?
- Ona şans verə bilərdim. Məncə, bu gün o tam formada deyil. Ümid edirəm ki, o, «Neftçi»də oynayaraq öz formasını bərpa edəcək. Gələn oyunlarda o yenə millidə olacaq. Ola bilsin növbəti oyunlarda ona şans verdim.
- Hamı bu gün Ramil Şeydayevdən qol gözləyirdi...
- Ramil bu gün yaxşı oynadı. Komanda üçün «vuruşan» futbolçudur. İmkanları da oldu. Təəssüf ki, istifadə edə bilmədi. Məncə, bir qol vursa, ayağı açılacaq. Klubda da vəziyyəti yaxşı deyildi. Uzun müddətdir oynamamışdı. Bəli, mən də bu gün ondan qol gözləyirdim. Ancaq təəssüf ki, alınmadı.