vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
16:48 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prosineçkinin növbəti oyunu

Xorvat məşqçi yenə köhnə üsullarla qiymət qaldırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Robert Prosineçki yenə oyun oynayır. Bakıya qayıtdığını deyib, vətəninə yollanmasını demirik, xorvat məşqçi yenə köhnə üsullarla qiymət qaldırır.

Bu gün xəbər çıxıb ki, Prosineçki Sloveniya yığmasını çalışdıra bilər. Guya o, sözügedən komandada işləmək üçün ilinə 800 min avro tələb edib. Xəbərə tələsik münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç isə deyib ki, həmin  məbləği ödəmək imkanında deyillər: «Prosineçkinin 800 min avro istədiyindən xəbərim yoxdur. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Belə yüksək vəsaiti xərcləyə bilmərik».

Yadınızdadısa, bir neçə ay öncə eyni ssenarili xəbərlər daha çox idi. «Valensiya» və başqa ispan klubları, müxtəlif Türkiyə təmsilçiləri Prosineçki üçün «sıraya durmuşdu». Hətta «Bursaspor»un prezidenti Roberti yuxusunda da görürdü. Amma ən maraqlısı odur ki, heç kim rəsmi təklif göndərmir, hətta bursalılar da AFFA-nın qapısını döymürdü.

Bütün bunlar menecer oyunları idi. Millimizin məşqçisinin müqaviləsinin bitməsinə 6 ay qalmışdı və yeni anlaşma imzalamaq lazım gəlirdi. Bu səbəbdən Prosineçki və onun başına ağıl qoyan menecerlər belə söz-söhbətləri mətbuata sızdırmaqla qiymət qaldırmağa cəhd edirdi. Yaxşı ki, AFFA-dakıların pulu qurtarmışdı və bu şayiələrə məhəl qoymadılar. Pul olsaydı tora düşəcəkdilər, amma vəziyyət çətinləşdiyi üçün müqavilənin bitməsinə kimi dirəşdilər.

İndi Robertin anlaşması bitir və onu müqaviləni uzatmaq istəyir. Elə bu səbəbdən həftə ərzində çox belə xəbərlər eşidəcəyik. Azərbaycan millisində ilinə 1,2 milyon (200 mini köməkçiləri üçündü – red.) avro alan Prosineçki Sloveniya variant vasitəsi ilə qiymətini qaldırır. Sloveniyallardan 900 min istəyirsə, deməli, bizimkilər daha çox verməli, ən azından əvvəlki anlaşmanı eyni şərtlərlə yeniləməlidilər - Sloveniyadan fərqli olaraq, Azərbaycan Avropanın göbəyi deyil.

Amma yeni müqavilə imzalamaq üçün lüzum yoxdu. Əvvəla, Qurban Qurbanov kimi daha yaxşı yerli, nisbətən ucuz qiymətə Robertdən də bacarıqlı əcnəbi məşqçilər varkən, həvəssiz xorvatla anlaşmaq doğru olmaz. Onun potensialının maksimumunu gördük. Həm də bu məşqçi özü müsahibələrində qeyd edir ki, Azərbaycanın final mərhələlərində oynamaq şansı, layiqli ehtiyat qüvvəsi yoxdur. O zaman hədəfsiz, perspektiv görməyən məşqçiyə milyonlar dağıtmağın nə mənası var?