Mundialda niyə yoxuq?
Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həbsxanada qalmaqal
Məhkumlar səhvən azadlığa buraxılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
“İngiltərə üçün hər şey bitdi”
... Bir də “heç bir planım yoxdur” deyəndən qorx
-
Londonda dəhşətli yanğın
Çoxmərtəbəli binadakı alov üzündən 100-dən çox insan təxliyə edilib
-
“Uzun ömrün heç bir sirri yoxdur”
Dünyanın ən yaşlı kişisi: “Başqa adam olduğumu düşünmürəm”
-
İrqçilər və ekstremistlər arasındakı İngiltərə
London Pakistan, Körfəz və Misir kimi müttəfiqlərinin və dostlarının düşmənlərinə sığınacaqdır
-
İngiltərəni şoka salan sorğu
Xalqın 73 faizi ifrat sağçıların yüksəlişindən narahatdır
-
İngiltərəyə qeyri-qanuni türk axını
Əfqanlar və iranlılardan sonra üçüncü yerdədirlər
-
“Tyche” Britaniyanın ilk hərbi peykidir
“Toplanan şəkilləri müttəfiqlərimizlə paylaşacağıq”
-
İngiltərədə bıçaqlı hücum
2 uşaq ölüb, 11 nəfər yaralanıb
-
İngiltərədə qalmaqal
Polisin yerdə uzanan şəxsin üzünə və başına təpik vurması sərt reaksiyalara səbəb oldu
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
“Sərt qanunlar üzərində işləyirəm”
Baş naziri Sunakdan tətil qərarı verən həmkarlar ittifaqına sərt xəbərdarlığı
-
“Əminəm ki, əsəbləşəcəklər”
İngiltərədə dəmiryol işçiləri tətil edir
-
Təyyarədə bomba əndişəsi
Polşadan İngiltərəyə uçan hava gəmisi Praqada məcburi eniş edib
-
Sunak hökumətinin ilk məğlubiyyəti
Mühafizəkarlar parlamentdə bir səs itirdi
Dünya çempionatının açılışı üçün Moskvaya səfər edib orada fərqli millətlərdən olan onminlərlə azarkeşin içinə düşəndə istər-istəməz gözüm bizim azarkeşi və bayrağı axtardı. Amma nə Rusiya paytaxtının küçələrində, nə də “Lujniki”də onlara rast gələ bildim. Səbəb hamıya məlumdur, təbii ki.
Biz bu nəhəng futbol bayramından kənarda qalmışıq və yaxın gələcəkdə də mundialda olacağımızı nikbinliklə düşünməyə tutarlı bir əsas tapmaq çətindir. Təkcə ona görə yox ki, ölkədə normal futbolçu qıtlığı var. Həm də ona görə ki, bu qıtlığın yaranmasında məşqçi faktoru da rol oynayır. Ən yaxın keçmişə, Qurban Qurbanovla başlayan son 10 illik mərhələyə baxanda ölkədə savadlanmağa, peşəkarlaşmağa, çağdaş futbolun tələbləri ilə ayaqlaşmağa ciddi cəhd göstərən məşqçilərin sayının yetərincə az olduğunu görürük. Amma sıraları məhdud olsa belə, onlar var. Bəs hardadırlar?
Dünya və Avropa çempionatlarının final mərhələlərində niyə indiyədək oynamamağımızın səbəblərindən biri həm də bu sualın arxasında gizlənir.
Mətləbə keçək. Samir Abasovu hamınız tanıyırsınız. 2015-ci ilin sonlarında “Sumqayıt”ın baş məşqçisi təyin edildi, sonra Azərbaycan səviyyəsində yaxşı bir komanda yaratdı. Özü də sırf azərbaycanlı futbolçulardan ibarət, məhdud büdcə ilə. Bu o dövr idi ki, “pulyeyən maşın” ölkənin ən köklü klubu “Neftçi”nin başına istədiyi oyunu açırdı. Amma Samir “Sumqayıt”ın timsalında futbol oynamağı bacaran komanda yaradırdı. Həm komanda yaradır, həm də özünü gələcəyin yaxşı məşqçisi kimi yetişdirirdi. Belə bir vaxtda azarkeşlərin və medianın ona dəstəyi də təsadüfi deyildi. Məlum, bizim futbolda iş görən adama elə daha çox fanatlar və jurnalistlər dəstək verir. Dəstəyi birinci verməli olanlarsa daha çox ayaqaltı qazıb, ziyan vurmaqla məşğul olurlar. Belə olanda isə “Sumqayıt” üçün indiyədək heç bir məşqçinin etmədiyini edən Samir Abasova layiq olmadığı halda klubdan könüllü ayrılmasına şərait yaradılır və o qalır işsiz. Və bu dəqiqə Premyer Liqada bir komandanı çalışdırmaq əvəzinə, gedib oturub doğma kəndində məcburi istirahətlə məşğul olur. Bizsə evimizdə, restoranlarda, ucuz və bahalı PUB-larda mundiala baxa-baxa “niyə orda yoxuq?” deyib nisgilli-nisgili danışırıq.
Amma orda olmamağımız təbiidir. İstedadına, istedadlarına sahib çıxmayan ölkənin futbolu elə yarışlara düşmür, düşə də bilməz. Bunu hamı bilir, əlbəttə. Bir tək futbolumuzu idarə edənlərdən başqa. Onlarda idarəetmə üsulu, deyəsən, həm də kin üzərində qurulub (bu yerdə Samir Abasovun “Sumqayıt”da işləyərkən özünün sabiq, “Neftçi”nin indiki prezidentinə tikanlı, federasiyaya isə üstüörtülü atmacaları yada düşür). Yoxsa normal futbol ölkəsində istedadı, potensialı, ən əsası yaxşı komanda qurmaq bacarığını gerçək işi ilə ortaya qoyan adam işsiz qalmır, qalmamalıdır.
Nəhayət...
Hər nə qədər şablon səslənsə də, millinin baş məşqçisi Qurban Qurbanov təkbaşına möcüzə yarada bilməz. Ona ağlı yerində olan, futbol beyni iki dəqiqədən bir error verməyən məşqçilərimiz kömək etməlidir. Öz sahəsindəki, klublarındakı işi ilə. Amma ən birinci kömək, dəstək AFFA rəhbərliyindən gəlməlidir. O dəstək də necə olur, özünüz bilirsiniz. Həm də kiməsə mane olmamaq, kimisə işsiz qoymamaqla.