
Kral Çarlzın sevimli oğlu dəyişdi
“Vəliəhd şahzadə üçün pis xəbər”
“Vəliəhd şahzadə üçün pis xəbər”
Qərb və yəhudi bankirlər, yoxsa ...
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Qiymət gününə davam gətirəcək 5 ölkə
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Skandinaviya ölkələri belə istidən yanır
Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Sığınacaqdan qaçan ayılar bir həftəlik balı yedilər
Rejim tərəfdarlarını döydükləri üçün
İngiltərənin şimalındakı “Countess of Chester” xəstəxanasının reanimasiya şöbəsində işləyən tibb bacısı Lüsi Letbi 7 yeni doğulmuş körpəni öldürməkdə və 8 körpəni öldürməyə cəhddə günahkar bilinib. Müasir dövrdə Britaniyada ən pis uşaq qatili kimi tanınan Letbi öz günahsız olduğunu iddia etsə də, müraciəti və şərti azadlı tələbi rədd edilib.
Letbinin hökmündən sonra polis əlavə ölümlərin xəstəxana rəhbərliyinin institusional səhlənkarlığı ilə bağlı şübhələri araşdırmağa başlayıb. Təhqiqat daha sonra fərdi idarəçilərin də kobud səhlənkarlığa görə məsuliyyət daşıya biləcəyini araşdırmaq üçün fəaliyyətinin genişləndirib.
İki gün əvvəl xəstəxananın üç yüksək vəzifəli məmuru həbs edilib. Məmurların adları açıqlanmasa da, onların zaminə buraxıldığı və istintaqın davam etdiyi bildirilib.
İstintaqı aparan detektiv Paul Hayes, Letbinin başqa cinayətlərinin olub-olmaması ilə bağlı araşdırmaların xəstəxanada və Letbinin əvvəllər işlədiyi başqa bölmədə davam etdiyini deyib.
Bəzi deputatlar, həkimlər və ekspertlər Letbinin məhkumluğu ilə bağlı sübutların etibarlılığını şübhə altına almaqda davam edirlər. Letbinin vəkilləri işə baxılması üçün Məhkəmə Nəzarəti Komissiyasına müraciət ediblər. Keçmiş səhiyyə naziri Ceremi Hant da keçən ay işin təcili nəzərdən keçirilməsinin lazım olduğunu deyib.
Digər tərəfdən, xəstəxana idarəçilərinin vəkili Keyt Bləkvell, davam edən ictimai araşdırmada ölümlərlə bağlı başqa izahatların ola biləcəyini və idarəçilərin Letbini “qəsdən və bilərəkdən” qoruduqları iddialarını rədd etdiklərini deyib.