vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
16:07 | 13 may 2019 | Bazar ertəsi Məqaləyə 18722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsas təhlükəsizlikdir

UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki, səslənən fikirlərdə finalın niyə Bakıya salınması ilə əlaqədar ən əsas məqamlar incəliyinədək açıqlanmayıb.

Əvvəlcə onu qeyd etməyi vacib sayıram ki, Avropanın ali futbol qurumu olan UEFA dünyanın ən ciddi idman qurumlarından biri, şəxsi fikrimə görə isə, Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci nüfuzlu idman təşkilatıdır. Bu qurumun keçirdiyi təkcə iki yarış – Çempionlar Liqası və Avropa Liqası bütün dünyada klublar arasında ən mötəbər idman turniri kimi qəbul olunur. UEFA ötən il açıqlayıb ki, hazırkı - 2018/19 mövsümündə Çempionlar Liqası və Avropa Liqasından (teleyayım, reklam gəlirləri və digər marketinq fəaliyyətindən) 3.25 milyard (!) avro gəlir götürəcək. Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatını bir kənara qoysaq, başqa heç bir idman qurumu il ərzində bu qədər yüksək məbləğdə pul qazanmır. Əldə olunan gəlirin 93.5 faiz isə klublar arasında bölünəcək. Rəqəmlərlə sizi çox yormaq istəməsəm də, bu kiçik detallara da fikir verək ki, yarışların həm də biznes baxımından önəmi aydın olsun:

Çempionlar Liqasında qrupa vəsiqə qazanmağa görə 32 komandanın hər birinə 15,25 milyon avro, üstəgəl qrupda qələbə üçün 2,7 milyon avro, heç-heçə üçün 900 min avro pul ayrılıb. Hər mərhələ keçildikcə, mükafatın məbləği də yüksəlir, finalçı komandalara isə əlavə 15 milyon avro ödənilir (finalın qalibi əlavə 4 milyon avro qazanır).

O ki qaldı finalı Bakıda olacaq Avropa Liqasına, bu yarışda mükafat nisbətən azdır (təbii ki, Çempionlar Liqası ilə müqayisədə).

Qrupda iştiraka görə 2,62 milyon
Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Avropa Liqasının qalibi olmağı klublar həm də ən çox ona görə istəyir ki, növbəti mövsümdə Çempionlar Liqasının qrupunda oynaya bilsin. İndiki halda buna ən çox ehtiyacı olan “Arsenal”dır.

Bəli, həm yarışların, həm də UEFA-nın bir idman qurumu olaraq sambalı böyükdür. İndi gələk ən əsası məsələyə. Hansı ki, bəzi xarici mediada, o cümlədən Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bu məsələ də qabardılıb. Yəni iddia olunur ki, Azərbaycan paytaxtı təhlükəsizlik məsələlərinə görə belə mühüm oyunu qəbul etməyə hazır deyil, Bakıya gələn əcnəbi azarkeşlər problemlərlə üzləşə bilər.

Bu zaman Avropadakı futbol yarışlarına nabələd olan siyasi media, yaxud dairələr bir əsas məqamı unudur ki, UEFA-nın keçirdiyi bütün yarışlarda (klub, A və aşağı milli komandalar səviyyəsində) komandaların, azarkeşlərin təhlükəsizliyi bir nömrəli tələb kimi qoyulub. Əgər təhlükəsizlik sarıdan problem olarsa, nəinki final, “pley-off”, qrup, hətta təsnifat mərhələsinin oyunlarının belə hər hansı ölkədə keçirilməsinə icazə verilmir, verilə bilməz. Yeri gəlmişkən, bu yerdə elə təkcə Azərbaycana aid olan bir faktı qeyd etmək istəyirəm. 1990-cı illərin əvvəllərində ölkəmizdə siyasi qeyri-sabitlik, dövlət çevrilişinə cəhdlər səbəbindən UEFA Azərbaycan millisinin ev oyunlarını Bakıda keçirməsinə icazə verməmiş, ona görə də AFFA ev stadionu kimi qardaş Türkiyənin Trabzon şəhər arenasını seçmək məcburiyyətində qalmışdı. Beləliklə də, Azərbaycan millisi ilk rəsmi ev matçlarını doğma vətənində deyil, neytral ərazidə keçirməli olmuşdu. 1990-cı illərin ortalarında, artıq ölkədə sabitlik bərpa olunmağa başlayanda, Azərbaycan dövlətinin də FİFA və UEFA-ya təminat məktubundan sonra millimizin Bakıda oynamasına icazə verilmişdi.

Bu mənada, hələ 2 il əvvəl finalın Bakıda keçirilməsi ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar verərkən birinci növbədə Bakının inkişaf etmiş və gözəl şəhər yox, məhz təhlükəsiz və sabitlik baxımından problemsiz şəhər olması faktını əsas şərt kimi götürüb! Final üçün qərar verilərkən digər məqamlar da nəzərə alınır ki, bunlardan biri olmasa, belə oyun qətiyyən bir şəhərə həvalə edilməz. Bunlar stadionun 70 minə yaxın tamaşaçı tutumuna malik və bütün beynəlxalq tələblərə cavab verməsi, otellərdə qonaqları qəbul etmək üçün tələb olunan sayda yerin olması və sairdir.

Yəni qərar qəbul edilərkən təhlükəsiz məsələsi qırmızı xətt kimi keçir. Bu mənada, xarici medianın, yaxud hər hansı siyasi dairələrin Bakıya münasibətdə bu məsələni qaldırması tamamilə uğursuz bir yanaşmadır ki, bunu da konkret faktlar gətirməklə də cavab vermək olar. Məsələn, Azərbaycan hələ mühüm idman yarışlara ev sahibliyi etməsi kimi faktları bir kənara qoyaq, gələk ona ki, son 4 ildə təkcə İngiltərənin düz 3 öncül və tarixi klubu Bakıda bizim “Qarabağ”la oynayıb (2015-ci ildə Avropa Liqasında “Tottenhem”, 2017-ci ildə Çempionlar Liqasında “Çelsi və 2018-ci ildə “Arsenal). Və indiyədək Bakıya gəlmiş digər klublar, milli komandalar kimi, onların rəsmi, yaxud qeyri-rəsmi formada təhlükəsiz məsələsindən hər hansı şikayətləri olmayıb.

Bu mənada, təkrar qeyd etmək xüsusi yerinə düşər ki, təhlükəsizliklə əlaqədar hər hansı fikir tamamilə yersizdir və qeyd etmək lazımdır ki, bugünədək Azərbaycanın müvafiq güc strukturları stadionlarda, ondan kənarda bütün əcnəbi komanda və onların azarkeşlərin Bakıya təhlükəsiz gəlib-getmələrini, burada sərbəst hərəkət etmələrini lazimı qaydada və yüksək səviyyədə təmin edib. Ona görə də 29 may finalına görə 30 mindən çox xarici vətəndaşın paytaxtımıza səfəri zamanı da bu ənənənin davam edəcəyinə hər hansı şübhə ola bilməz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)