«3 xal Bakıda qalmalıdı»
Prosineçki: «San Marino ilə oyunda hücuma daha çox diqqət yetirəcəyik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Telefonda pul söhbəti etməzlər»
Prosineçki bu gün millimizdən ayrılır...
-
Prosineçkinin növbəti oyunu
Xorvat məşqçi yenə köhnə üsullarla qiymət qaldırır
-
Yenə də beşinci
5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb
-
«Qollar gəlməli idi»
Yoahim Löv: «Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur»
-
«Hesab 6:3 ola bilərdi»
Robert Prosineçki: «Nəticə bizi qane etməsə də, yaxşı oynadıq»
-
Prosineçkinin nə dərdi var?
Kapitanlıq sarğısını himni ürəkdən oxuyan oyunçu daşımalıdır
-
«Futbolda hər şey ola bilər»
Robert Prosineçki: «Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək»
-
«Cəmi 3 gün vaxtımız var»
Prosineçki: «Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək»
-
«AFFA ilə danışığımız olmayıb»
Robert Prosineçki: «Gələcəkdə necə olacaq, bilmirəm»
-
«Təəssüf ki, alınmadı»
«Özümüzü aldatmayaq, bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik»
-
Vurum sizin qolunuzu...
Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər
-
«Hədəf tez qol vurmaqdır»
Robert Prosineçki: «Seçmə mərhələyə başlamazdan əvvəl 2-ci yer tutmağa ümid edirdik»
-
«Avropada zəif çıxış edən ölkə yoxdur»
Vaqif Sadıqov: «Prosineçkinin müəmmalı davranışları öz rolunu oynadı»
-
Mənasız ümidlər...
Yaxud 3 milyon avroluq Prosineçki, 5 qəpiklik futbol
-
«Cavab verə bilmərəm»
Robert Prosineçki: «Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi»
-
Bu dəfə də olmadı
Millimiz Norveçə məğlub oldu
DÇ-2018-in seçmə mərhələsində sabah San Marino millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Sabahkı oyunda hədəfimiz 3 xaldı. Ancaq bu oyuna hazırlaşmaq üçün vaxtımız çox az olub. Cəmi 3 gündü bu oyuna hazırlaşırıq.
- AFFA-nın «Facebook» hesabında sorğu keçirilir. «Heyətdə kimi görmək istərdiz» sualının cavabında bir çox istifadəçi Ramil Şeydayev və Ruslan Abışovun adını çəkir. Sabah onları meydanda görə biləcəyik?
- Azarkeşlərin bu sorğuya maraq göstərməsi xoşdu. Bu fikirlərin mənim seçimimə necə təsir göstərəcəyini sabah görəcəksiz.
- Norveçlə oyunda sanki komandada ruh düşkünlüyü var idi. Sabahkı matç üçün komandanı psixoloji cəhətdən hazırlaya bilmisiz?
- Deməzdim ki, Norveçlə oyunda əzmkar oyun göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Bəli, Norveçə qarşı son oyunlarda ən zəif oyunlarmızdan birini keçirdik. Ancaq futbol elədi ki, burda 1-2 oyunçu zəif oynayanda bu, bütün komandanın oyununa təsir edir. O ki qaldı, motivasiyaya, sabah qalib gələcəyimiz halda, Azərbaycan millisinin tarixində ən yüksək xal toplayacağıq. Futbolçular bunu bilir, buna görə, sabahkı qarşılaşmada motivasiyamızın yaxşı olacağını düşünürəm.
- Hamı sabahkı oyunda millidən yalnız qələbə gözləyir. Düşünmürsüz ki, bu amil komandaya əks təsir edə bilər?
- Bunun komandaya mənfi təsir göstərdiyini düşünmürəm. San Marino hələ ki, xal toplamayıb, sadəcə, bir qol vurublar. Buna görə bu komandaya qarşı oyunda milli üzərində təzyiq çox olur. Ancaq hamı başa düşür ki, 3 xal Bakıda qalmalıdı.
- Futbolçuların motivasiyasının yaxşı olduğunu dediz. Bəs sizdə necə? «Bursaspor»la danışıqlar, yayda klublarımızın avrokubok oyunları üçün Bakıya gəlməməyiniz belə düşünməyə əsas verir ki, sizin motivasiyanız yaxşı deyil...
- Bilmirəm niyə sizdə belə fikir yaranıb. Mənim də motivasiyam yüksəkdi. Məşqçi kimi çalışmaqdan, futbolda olmaqdan zövq alıram. Düzdü Norveçlə oyunda səhvlərimiz oldu. Ancaq bu artıq geridə qalıb. Motivasiyam olmasa, burda çalışmazdım.
- Sabahkı oyunda Tərlan Quliyevə şans verəcəksiz?
- Buna hələ ki, qərar verməmişəm. Onun mətbuat konfransına gəlməsi o demək deyil ki, sabah ona start heyətində şans verəcəm. Sadəcə, çalışıram ki, hər dəfə fərqli oyunçuları mətbuat konfransına gətirim. Tərlan «Neftçi»də də, «İnter»də də, mərkəz və sol cinah müdafiəçisi kimi çıxış edib. Bütün rəqiblərə hörmətlə yanışıram. Ancaq sabahkı oyunda müdafiəyə yox, hücuma daha çox diqqət yetirəcəyik. Biz San Marino ilə ilk oyunda da favorit olduğumuzu sübut etdik. Sabah da belə olacaq. Onu deyə bilərəm ki, sabahkı oyunda Norveçlə oyunla müqayisədə 7 dəyişiklik edəcəm. Düzdü, Norveçlə matçda bir çox səhvlər etdik. Ancaq qarşıdakı oyunlarda bu səhvləri təkrarlamamağa çalışacağıq.
- 7 dəyişiklik olacağını dediz. Renat Dadaşova şans verəcəksiz?
- Ümid edirəm ki, sabah oyunun gedişi elə olacaq ki, ona bir neçə dəqiqə şans verəcəm.
- Sabahkı oyunda qalib gələcəyiniz halda 10 xal qazanacağınızı və bunun ölkə futbolunda rekord olacağını qeyd etdiz. Sizcə, doğrudan, Azərbaycan futbolu o vəziyyətdədi ki, 10 xala sevinməliyik?
- Bəli, bundan daha yaxşı futbol nümayiş etdirə bilərik. Elə danışırsız ki, sanki Avropa və dünya çempionatının final mərhələsinə vəsiqə qazanırıq. Oyun baxımından son aylarda millidə irəliləyiş var. Artıq daha baxımlı oyun nümayiş etdiririk. Seçmə mərhələdən öncə hamımızda belə inam var idi ki, 2-ci yeri tuta bilərik. Bu inamı sizə də aşıladıq. Ancaq bir neçə gənc oyunçunu milliyə cəlb etdik. Bu, gələcək üçün ümidli olmağa imkan verir.