vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:24 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml ideoloqları «Moskva-Bakı Oxu» yaradırlar

Bu gün layihə çərçivəsində «Qafqazın yeni geosiyasətinə doğru» adlı konfrans olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Geosiyasi Tədqiqatlar Mərkəzinin (məşhur Rusiya ideoloqu Aleksandr Duqin başçılıq edir) və İzborsk klubunun (tərkibinə yazıçı Aleksandr Proxanovım başçılığı ilə prezident V.Putin tərəfdarlarının mühafizəkar cinahı daxildir) təşəbbüsü ilə bu gün, sentyabrın 14-də Rusiya paytaxtında «Moskva-Bakı Oxu: Qafqazın yeni geosiyasətinə doğru» adlı konfrans olacaq.

Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, konfrans Moskvadakı «Prezident-Otel”də keçiriləcək.

Konfransın hədəfi –Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və perspektivlərini qiymətləndirməkdir. Qafqazda təhlükəsizliyin möhkəmlənməsində Rusiya və Azərbaycan əməkdaşlığına xüsusi diqqət yetiriləcək.

Tədbirdə Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyüqanov, Rusiya senatorları Aleksey Puşkov, Frans Klintseviç, Mixail Kozlov, politoloqlar Sergey Markov, Andrey Klimov, həmçinin Dövlət Dumasının 13 məşhur deputatı, o cümlədən Leonid Kalaşnikov, Dmitri Savelyev, Oksana Puşkina, Oleq Şenin və başqa tanınmış ictimai-siyasi xadimlər iştirak edəcəklər.

Konfransda Azərbaycanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, rus icmasının başçısı, deputat Mixail Zabelin, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, deputat Rövşən Rzayev, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, Azərbaycan müxalifətinin liderlərindən biri, deputat Fazil Mustafa və başqa məşhur ictimai xadimlər təmsil edirlər.

Konfrans iştirakçıları müasir beynəlxalq arenada Azərbaycanın rolunu, regionun mübahisəli problemlərinin həllində Rusiya-Azərbaycan birgə münasibətlərinin dərinləşməsi imkanlarını müzakirə edəcəklər. Qarabağ münaqişəsinin siyasi nizama salınmasına xüsusi diqqət ayrılacaq. Qarşılıqlı mədəni təsir imkanları, iki ölkənin yaxınlaşmasında Azərbaycan diasporu faktoru, Rusiya və Azərbaycanın intellektual vətənpərvər elitaları arasında maarifləndirici mübadilələrin və dialoqun qaydaya salınması məsələləri də müzakirəyə çıxarılacaq.