vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:25 | 23 sentyabr 2017 | Şənbə Məqaləyə 2875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər niyə qaçır?

Katolikos Birinci Aram: «Hamımız onları görməli, anlamalı və dərk etməliyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Müqəddəs Eçmiədzin Kilsəsinin Ali patriarxı və bütün ermənilərin katolikosu II Qaregin Böyük Kilikiya Evinin katolikosu Birinci Aramın səs-küyə səbəb olmuş bəyanatına münasibət bildirib. O deyib ki, ermənilərin Ermənistanı tərk etməsi səbəblərinə dəqiq qiymət verməyə çətinlik çəkir.

«Səbəblər çoxdur, onlar müxtəlifdir və hamımız onları görməli, anlamalı və dərk etməliyik. Biz daimi müharibə təhlükəsi qarşısında dayanmışıq, müharibə edən ölkəyik. Təbii ki, bu təhlükədən yaxa qurtarmaq, yəni uşaqlarının həyatını təhlükə altına qoymamaq istəyən ailələr var. Ölkə iqtisadi blokadadadır və iqtisadiyyatın vəziyyəti də xalqımızın rifah halının qurulmasına təsir edir. Çoxları çətinlik yaşayır, işləri yox, maddi imkanları yox. Onlar rifah hallarını təmin edə biləcəkləri başqa ölkələrdə imkanlar axtarırlar. Belə bir vəziyyətdə hamımız səylərimizi birləşdirməliyik... İşimiz alınmadığına görə, ədalətsizliyə görə vətənimizi tərk edə bilmərik», – deyə katolikos «Azadlıq» radiosunun erməni xidmətinə (Radio Azatutyun) müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər kəsin, o cümlədən ali kilsə vəzifəsi tutan şəxsin öz baxışları və təsəvvürləri var. «Hamımız xalqımızın ölkəmizdən köçüb getməsindən danışırıq. Və hamımız səylərimizi birləşdirməliyik – diaspor, Ermənistan, istisnasız olaraq bütün ermənilər bu halın qarşısını ala bilmək üçün öz səylərini birləşdirməlidirlər», – deyə o qeyd edib.

Sentyabrın 18-də, VI Ermənistan – Diaspor Konfransı iştirakçıları qarşısında çıxış edən Böyük Kilikiya Evinin katolikosu Birinci Aram belə demişdi: «Gəlin realist və səmimi olaq. Ermənistan boşalır, diaspor isə tükənir. Bu təhlükəli reallıq qarşısında təsadüfi təşəbbüslər problemlərimizi həll edə və yaralarımızı sağalda bilməz».

Katolikos Birinci Aram bu sözləri Ermənistan prezidenti Serj Sərkisyanın qarşısında demişdi. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, S.Sarkisian-ın prezidentliyi dövründə, 2008-ci ilin yanvarından bu il iyulun 1-dək Ermənistanın daimi əhalisinin sayı 250 min nəfər azalaraq, 2 milyon 979 minə düşüb.

«Azadlıq» radiosunun «Ermənistanın boşalmasında günahın bir hissəsi ölkə rəhbərliyinin üzərinə düşürmü» sualına cavab olaraq Böyük Kilikiya Evinin katolikosu belə deyib: «Bəyanatımda öz sözümü dedim. Gəlin müstəqillikdən danışaq. Müstəqillik müqəddəs dəyərdir».