«Dil haqlarımızı alacağıq»
Babək Çələbiyanlı: «Biz artıq İran rejiminə bu qədər müraciət etməkdən yorulduq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Hiyləgər gedişdir”
Rusiyalı ekspert iranlı nazirin istefa məktubunu şərh etdi
-
Türkiyənin qırmızı çizgiləri
Ərdoğan "atəşkəs" dedi, Putin razılaşmadı
-
«Ruhani, Ruhani, vədlərin hanı?»
Tələbələr Azərbaycan dilinin rəsmi dil olması tələbiylə İran prezidentinə müraciət edib
-
«İçəridə imza kampaniyası gedir»
Babək Çələbiyanlı: «Xəbərlərdə gördüyümə görə onu İran prezidentinə verəcəklər»
-
«Güneydəki ilə xaricdəki fəaliyyətlərimiz fərqlidir...»
Babək Çələbiyan: «... amma hər iki halda Cənubi Azərbaycanın öz müqəddəratını təyinetmə haqqını əldə etməyə xidmət edir»
-
«Diplomatik dillə danışmamaq imicimizi zədələyə bilər»
-
«Muradpur gəncliyinin dirəniş simvoludur»
Babək Çələbiyanlı: «Döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcəklər»
-
«İran seçkiyə yoxsa, seçicilərlə savaş hazırlaşır?»
Bu günlər bir qrup fəal İran Azərbaycanında yeni təhsil ilinin başlaması ilə əlaqədar müraciət yayıb. Ana dilində təhsil İranda yaşayan Azərbaycan türkləri üçün əlçatmaz bir arzu olaraq qalır. Müraciət iki hüquq müdafiə təşkilatı və güneyli fəalların dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən siyasi qrupları tərəfindən imzalanıb. ABŞ-da yaşayan güneyli fəal, Milli Dirəniş Hərəkatının nümayəndəsi Babək Çələbiyanlı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə ana dilində təhsillə bağlı müraciətin qəbul edilməsi və ona İran Azərbaycanında reaksiyalardan danışıb.
«Burada daha çox İran rejiminə yox, xalqımıza müraciət etmişik», Babək Çələbiyanlı bildirib. Onun sözlərinə görə, İran rejimi tərəfindən vədlərin verilməsinə baxmayaraq, bu günə qədər azərbaycanlıların öz ana dilində təhsil almasına imkan yaradılmayıb.
«Təəssüf ki, 39 ildən sonra hələ də Azərbaycan türklərinin övladları başqa bir dildə təhsil almaq məcburiyyətindədir. 21-ci əsrdə yaşasaq da 35 milyondan çox nüfusa sahib olan güneyli türklər öz ana dillərində təhsil almaqdan hələ də məhrumdurlar. Orada xalqımıza müraciət edərək istəmişik ki, çeşidli şəkildə bu məsələyə etirazlarını bildirsinlər».
Babək Çələbiyanlının sözlərinə əsasən, İran Azərbaycanında milli fəallar tərəfindən imza toplama kampaniyası başlayıb.
«Eşitdiyimə görə, içəridə imza kampaniyası gedir. İran prezidentinə müraciət olaraq məktub yazılıb və onun altında 40 minə yaxın imza yığılıb ki, xəbərlərdə gördüyümə görə onu İran prezidentinə verəcəklər».
Babək Çələbiyanlı məktəbdə təhsil aldığı illəri xatırlayaraq, azərbaycanlı ailələrdə böyüyən uşaqların fars dilini bilməməsi ilə bağlı qarşılaşdığı çətinliklərdən danışıb.
«Mənim özümün də heç yadımdan çıxmaz ilk gündə ki girdim məktəbə. Sadəcə bizim bölgə deyil, orada yaşayan azərbaycanlılar evdə hamısı Azərbaycan türkcəsində danışırlar. Amma məktəbə getdikdə başqa bir dil eşidirik. Mənim ömrümdə eşitmədiyim. O zaman İran televiziyasını biz ala bilmirdik, Azərbaycan kanallarına baxardıq...Biz eşikdə, ailədə, toplumda öz ana dilimizdə danışırıq, amma məktəbə getdiyimizdə öz ana dilimizi evdə qoymalıyıq. Orada haqqımız yoxdur öz dilimizdə danışaq. İnsan bir tragediya yaşayır».
Babək Çələbiyanlı İran prezidenti Həsən Ruhaninin ana dilində təhsil haqda verdiyi vədlərə toxunaraq, bunu seçki kampaniyası dövrü atılmış addım kimi qiymətləndirdiyini bidirib. O, İran rejimininə edilən müraciətlərin nəticəsiz qaldığını deyib.
«Biz artıq İran rejiminə bu qədər müraciət etməkdən yorulduq. Yəni onlardan hər hansı bir nəticə ala bilmədik. Ona görə bu dəfə bu bəyanatda birbaşa xalqımıza müraciət etdik. Xalq gərək özü meydanda olsun, özü öz istəklərini, tələblərini dilə gətirsin. Biz 30-35 milyondan çox nüfusa sahibik. Bunların bir çoxu qalxsa ayağa, yəni bir həftə öyrəncilər məktəbə getməsə İran rejimi bizə dili verəcək».
Babək Çələbiyanlı deyib ki, milli fəallar İran rejiminin öz vətəndaşlarının hüquqlarına hörmət etmədiyi məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün işi davam etdirməlidir.
«İran demokratik bir ölkə deyil ki, qanuna dayanaraq deyələr, bu qanuna görə insanların haqqı, hüququ var ki təmin olunmalıdır. Onlar fəqət zordan, basqıdan, mübarizədən anlayırlar ki, insanlar əgər meydanda olsalar, öz haqlarını, istəklərini dilə gətirsələr bir şeylər deyəcəklər. Bu dilə gətirmələr, etirazlar davamlı şəkildə olmalıdır...Təkcə İranın daxilində deyil və dünya ictimiayyətinə bunu anlatmamız lazımdır ki, orada bu rejim qeyri-fars millətlərin hüququnu belə tapdayır, belə əzir».