«Bizi yalnız 3 xal qane edəcək»
«Binə»nin baş məşqçisi: «İstər-istəməz çətin olacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Binə» və «Sədərək»də alver dayanır
Rus rublunun «ölməsi» bazarları ifıic edib
-
«Metro» yarmarkası açılır
Ticarətçilərin etirazlarının səngiməsinin səbəbləri bilindi
-
Oktyabrın 8-də Birinci Divizionda 2-ci tur çərçivəsində səfərdə «Mil-Muğan»la qarşılaşacaq «Binə» bu oyuna hazırlığı yekunlaşdırıb.
Bu gün oyun öncəsi son məşqini keçirən binəlilər artıq İmişli şəhərindədir. Baş məşqçi Mehman Babayev həm ilk oyun, həm də «Mil-Muğan»a qarşı keçirəcəkləri növbəti matç barədə öz fikirlərini bildirib:
«Futbolçularım ilk oyunda qələbəni çox istəyirdi. Bu istək o qədər çox idi ki, sonda komandamızın oyununa mənfi təsir göstərdi. Birinci hissə zəif oynadıq. İkinci hissədə daha çox hücum edən tərəf biz olduq. Əsasən cinahdan hücumlara üstünlük verdik. Qapıya zərbələrimiz həddən artıq az oldu, son öütürmələrimiz alınmırdı. Sadaladığım səbəblər də məğlubiyyətimizdə birbaşa rol oynadı».
«İmişliyə 3 xal üçün gedirik. Bu oyunda bizi yalnız qələbə qane edə bilər. Bölgə komandaları öz meydanlarında heç vaxt zəif olmurlar. İstər-istəməz bizə çox çətin olacaq. Rəqibin «Xəzər» ilə Bakıdakı oyununa baxdım. Düşünürəm ki, doğma azarkeşləri önündə oyunları tam fərqli olacaq. Yaxşı kollektivləri var. Amma bizi yalnız 3 xal qane edəcək».