vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
13:06 | 10 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 3617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Binə» və «Sədərək»də alver dayanır

Rus rublunun «ölməsi» bazarları ifıic edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadakı ağır iqtisadi vəziyyət və rublun dəyərdən düşməsi Azərbaycanın iri ticarət mərkəzləri olan «Binə» və «Sədərək» bazarlarında da satışların aşağı düşməsinə səbəb olur.

Ticarətçilərdən verilən məlumata görə, Rusiyada vəziyyətin pisləşməsi və rublun ucuzlaşması qonşu ölkədən Azərbaycana alış-veriş üçün gələnlərin sayının kəskin azalmasına səbəb olub.

«Binə» və «Sədərək» bazarlarından Rusiya Federasiyasının tərkibinə daxil olan Şimali Qafqaz respublikalarına da mal göndərilir. Bu bölgədən gələnlər yerli ticarətçilər üçün «yağlı» müştərilərdir. Hətta «Binə» və «Sədərək»də «Dağıstan malları» adı verilən, sırf şimali qafqazlıların alıb istifadə etdiyi malların ticarəti ilə məşğul olan şəxslər var. Son vaxtlar rublun manat qarşısında dəyərdən düşməsi şimali qafqazlıların Azərbaycana gəlib mal almağa maraqlarını azaldıb. Əvvəllər 1000 rus rubluna 23-25 manatlıq mal aldıqları halda, bu gün eyni məbləğə cəmi 10-11 manatlıq mal ala bilirlər.

«Dağıstan malları»nın satışı ilə məşğul olan ticarətçilərə daha böyük ziyan dəyib. Onların xaricdən idxal etdikləri malların Azərbaycanda alıcısı olmadığından əllərində qalan malları sata bilmək üçün yollar axtarırlar. Bəzi ticarətçilər özləri malları Şimali Qafqaza göndərməyə başlayıblar.

Digər məlumatlara görə, bəzi ticarətçilər icarə və vergilər üzrə ödənişləri verməkdə çətinlik çəkirlər. Onlar bazar rəhbərliyi qarşısında icarə haqlarının aşağı salınması təşəbbüsü ilə çıxış ediblər.

Qeyd edək ki, son bir ildə Rusiya rublu Azərbaycan manatı qarşısında 50 faizə yaxın dəyərdən düşüb. Ötən ilin Yanvarında 1000 rubl 22,6 manata dəyişdirildiyi halda, bu gün təxminən 12 manatdır.