vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
11:53 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 2282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olland Türkiyəyə gedir

Fransa prezidentinin Azərbaycana da səfəri gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Fransua Olland yanvarın 27-28-də Türkiyədə səfərdə olacaq. Son illər ərzində iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə olunub və bunun obyektiv səbəbləri var. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin erməni soyqırımı ilə bağlı tutduğu mövqe, bu ölkənin Türkiyənin Avropa Birliyinə qoşulmasına əngəl törətməsi və s. faktlar 2 ölkə arasındakı münasibətlərə ciddi təsir göstərib.

Verilən məlumatlara görə, Ankara görüşündə Qarabağ məsələsi də müzakirə olunacaq. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri də Fransadır, o zaman bu istiqamətdə müzakirələrin aparılması məntiqli görünür.  Ancaq bu görüşdə əsas müzakirə mövzusunun ikitərəfli münasibətlərin normallaşdırılması olacağı bildirilir.
Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, son vaxtlar Fransanın Cənubi Qafqazda fəallaşması müşahidə olunur və Ankara görüşündə Qarabağ münaqişəsinin müzakirəsi məntiqli görünür: “Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə görüşür, bir müddət öncə Azərbaycanın müdafiə naziri Fransaya səfər edib, Fransalı həmkarı ilə hərbi əməkdaşlıq sazişi imzaladı, Zakir Həsənov nazir təyin olunandan sonra onu ilk ziyarət edən Fransa Müdafiə Nazirliyinin heyəti oldu, eyni zamanda Fransa prezidentinin Azərbaycana səfəri gözlənilir. Bütün bunları bir arada analiz edəndə Fransanın Cənubi Qafqazda fəallaşmasını müşahidə etmək olar. Ancaq demək olmaz ki, Fransa Qarabağ münaqişəsinin həllində yenilik edəcək. 90-cı illərin sonlarında Fransanın keçmiş prezidenti Jak Şirak münaqişənin həllində müəyyən fəallıq göstərdi, hətta ortaya sənəd də qoydu. İndi də Fransa müəyyən qədər təşəbbüsü əla almaq istəyir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Fransada erməni lobbisi güclüdür və ikitərəfli əməkdaşlığa hər zaman əngəl törədilməsi ehtimalı var. Fransa prezidentinin Türkiyə səfərinə gəlincə, bu görüşdə Qarabağ məsələsi müzakirə oluna bilər və bu, məntiqə uyğundur. Ancaq Türkiyənin bugünkü gündəmi yalnız Qarabağ məsələsi ilə bağlı deyil. Fransa ilə Türkiyə arasında müzakirə olunacaq xeyli məsələlər var. Ona görə də daha çox iki tərəfli münasibətlərin normallaşdırılması müzakirə mövzusu olacaq. İki ölkə arasında uzun illərdir soyuqluq müşahidə olunur. Hətta Sarkozinin Ankara səfəri o zaman çox soyuq qarşılandı. Buna səbəb isə Fransa parlamentində Türkiyəni aşağılayacaq qanunun qəbul edilməsi və Sarkozinin Türkiyəni Avropa Birliyində görmək istəməməsi idi. Olland da yəqin ki, Ankarada bu məsələlərə münasibət bildirəcək və əməkdaşlığın möhkəmləndirilməsinə çalışacaq».