Ermənistanda abort problemi
Kişi qalmayan ölkədə qadın qıtlığı da yaranıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
«Reuters» agentliyi Ermənistanda qız övladlarına münasibətdən, doğulacaq körpənin qız olacağı bilinən kimi anaların aborta yönləndirilməsindən yazır.
Məsələn, Ermənistanın Qavar rayonunda yaşayan Karina Ağalaryan 35 yaşında qız övladına hamilə olduğunu öyrənəndə ailəsi buna elə isti yanaşmayıb. Söhbətin mövzusu tezliklə dəyişib – oğlan olsaydı…
O, artıq ikinci qıza hamilə qalanda ailədə bu, qətiyyən xoş qarşılanmayıb. Qaynanası və həyat yoldaşı onu aborta məcbur edib. Ağalaryanın soyadı da yazıda şərti verilib, cəmiyyətin mənfi yanaşmasında ehtiyatlandığını dilə gətirib.
Erməni ailələrində azı bir oğlanın doğulması mütləqdir, çünki oğlan soyad daşıyıcısı sayılır.
Hazırda ölkənin üçdə biri yoxsulluq həddindən aşağı yaşayır, iqtisadiyyat pisləşir. Belə bir durumda ermənilər oğullarına yaşlı vaxtlarında maliyyə sabitliklərini təmin edəcək qüvvə kimi baxırlar. Di gəl, qızların abortu artıq ölkədə qadın çatışmazlığı potensialı yaradıb və hökumət bunu aradan qaldırmağa çalışır.
«Adamlar düşünürlər ki, oğlanlar daha asan pul qazanır və qızlardan iqtisadi baxımdan daha dayanıqlıdırlar. Bu, özünü ucqar regionlarda daha çox göstərir, qızdan çox, oğlan övladı istəyirlər», – Gorus Qadın Resurs Mərkəzinin prezidenti Armine Hovakimyan deyir.
Qavar iflas etməkdə olan sənaye şəhəridir. Sovet erasından qalmış zavodlar dağınıq vəziyyətdədir.
İtkin qadınlar
Bəzi sənayelər dirçəlməyə, köhnələri əvəzləməyə çalışır, ancaq işsizlik yüksək olaraq qalır.
Qadınlar arasında işsizlik lap yüksəkdir, üstəlik, geniş yayılmış bir fikir var ki, qadın evdə oturub ailəsinə baxmalıdır. Bu səbəbdən erməni qadınlar kişilərdən iki dəfə az qazanırlar.
Qız uşağına hamilə qalan qadınlar bir dilemmayla üzləşirlər: oğlan doğanadak qız dünyaya gətirsinlər, yoxsa abort etdirsinlər?
BMT-nin statistikasına görə, dünyadakı bioloji norma hər 100 qıza 102-106 oğlandır. 2012-2013-cü illərdə Ermənistanda hər 100 qıza 114 oğlan doğulub. Bu, Çindən və qonşu Azərbaycandan sonra üçüncü ən yüksək selektiv abort göstəricisidir.
BMT-nin Əhali Fondu (UNFPA) hesablayıb ki, Ermənistandakı selektiv abort səviyyəsi yüksək qalsa, 2060-cı ilədək ölkədə 93 min qadın çatışmayacaq. Sonucda gənc, subay kişilər partnyor axtarmağa xaricə üz tutacaqlar.
İndiliksə, minlərlə gənc, təhsilli kişilər daha yaxşı maaşlı iş ümidiylə ölkədən gedirlər və bu beyin axını qadın çatışmazlığını tarazlaşdırıb.
Ötən il hökumət selektiv abortları qadağan edib. 1955-ci ildən bu postsovet respublikasında abort qanunidir, qadın hamiləliyin 12-ci həftəsinə qədər abort etdirə bilər.
Yanaşmanı dəyişmək
Tədqiqatçıların fikrincə, əlçatan kontraseptivlərin yoxluğu, üstəlik, onların səhhətə problem yarada biləcəyi sarıdan qorxu abortu ailə planlamasında əsas metoda çevirir.
UNFPA erməni qadınların 40 faizinin azı bir dəfə abort etdirdiyini bildirir. Bəzi qadın hüquq müdafiəçiləri bildirirlər ki, işlədikləri qadınlar bir ildə iki-üç dəfə aborta getdiklərini deyirlər.
Yeni qanuna görə, selektiv abortları gerçəkləşdirən həkimlər cərimələnə bilər. Amma indiyədək nə qədər həkimin təqib olunduğu bilinmir.
Hökumət rəsmiləri agentliyə bildiriblər ki, qanunun təsirini selektiv abortların azalmasıyla ölçmək çətindir, ancaq maarifləndirmənin artırılmasının da rolu az olmayıb.
Hüquq müdafiəçiləri isə fərqli düşünür.
«Qanunvericiliyi dəyişməklə problemə yanaşmanı düzəltmək mümkün deyil. Qızın dəyərini yüksəltmək, qadınların cəmiyyətdə bərabər statusu bu zərərli praktikanı üstələməyin açarıdır», – UNFPA-nın Ermənistandakı rəhbəri Qarik Hayrapetyan deyir.