vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
15:20 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 3145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir axşam o mənim yaxamdan yapışıb ...»

Amerikanın iki ədəbiyyat nəhəngini - Heminqueylə Selinceri müharibə necə dost elədi?

MÖVZU İLƏ ƏLAQƏLİ

1944-cü ilin avqustunda müttəfiq qüvvələrin Parisi geri çəkilən nasistlərdən alacağı aydın olanda, bir amerikalı, şəhərin ən məşhur nöqtələrindən birini almanlardan geri almağı şəxsən öz üzərinə götürmüşdü.

Amma nə «Ritz»mehmanxanası əsl hərbi hədəf, nə də 45 yaşlı Ernest Heminquey (Ernest Hemingway) əsl əsgər idi. Lakin bu otel yazıçının məşhur içki oylaqlarından biriydi və o qərara gəlmişdi ki, Fransanın azad edilməsinə dair reportajlarını məhz burada yazacaq.

Amerikanın «Ozy» internet jurnalında dərc edilmiş məqalədə daha sonra oxyuruq:

Beləliklə, Heminquey özünün «qeyri-nizamilər» adlandırdığı və bir aşpaz, bir fotoqraf, bir tarixçi, bir ictimai əlaqələr katibindən ibarət vzvodu ilə şotland viskisi ilə silahlanaraq doğrudan da «Ritz» otelini «ələ keçirmişdi».

Burada Heminquey və onun dəstəsi başqa bir amerikalı ilə rastlaşacaqdı. Bu amerikalı əsl əsgər idi və Parisdə bədii qəhrəmanlarını yox, nasistlərə əlaltılıq edənləri axtarırdı.

Amerikanın iki böyük yazıçısının - Ernest Heminquey və C.D.Selincerin dostluğunun təməli İkinci Dünya Müharibəsinin qızğın vaxtında Parisin «Ritz» otelində qoyulacaqdı.

Serjant Ceremi Selincerin (Jerome Salinger) alayı Parisə gəlib çıxanadək döyüşçülər cəhənnəm alovundan keçmişdilər.

Onlar iyun ayında Normandiya sahillərinə desant çıxarılandan sonra Şerburq şəhərini almanlardan küçəbəküçə döyüşərək geri almışdılar.

«C.Selincer: «Həyatı»» (J.D.Salinger: «A Life») adlı salnamə kitabın müəllifi Kennet Slavenski (Kenneth Slawenski) yazır ki, Selincer Normandiya sahillərinə çıxandan bəri bir nə çimməyə, nə də paltarlarını dəyişməyə macal tapmışdı. Onunla birlikdə desant əməliyyatında iştirak etmiş 3 min əsgərin yalnız üçdə biri sağ qalmışdı. Amma bu döyüşlərdən sağ çıxanları Parisin küçələrində gül-çiçəklə qarşılamışdılar.

Parisdə keçirdiyi üç gün, sonralar özünün yazdığına görə onun həyatının ən xoşbəxt günləri olacaqdı.

Paris bu gənc yazıçını çoxdan pərəstiş etdiyi ədəbiyyat nəhəngi ilə görüşdürəcəkdi.

Əks-kəşfiyyat korpusunun əsgəri olan Selincer «Collier’s» jurnalının hərbi müxbiri Heminqueyin Parisdə olduğu xəbərini alan kimi hərbi cipə minərək düz Ritz otelinə gəlmişdi.

Beləcə iki yazıçı otelin barında içki məclisində bir xeyli söhbət etmişdilər. Bu görüşdən sonra Selincer öz naşirinə məktubunda Hemingway haqqında «o doğrudan da qiyamət oğlandır» yazmışdı. Selincer Heminqueylə söhbətindən sonra əmin olmuşdu ki, o zəhmli reputasiyasına baxmayaraq əslində çox həlim bir adam idi.

Heminquey Selincerə demişdi ki, onun bəzi hekayələrini oxuyub və çox bəyənib. Selincer «Ritz» otelini yüksək əhvalda tərk etmişdi. O müharibənin ilk illərində döyüşlər arasındayazıçılığını davam etdirməyə çalışmışdı, amma indi Heminqueylə görüşdən sonra yazmaq əzmi ikiqat artmışdı.

Slavenski yazır ki, yazmaq Selincerə müharibənin dəhşətlərini az da olsa unutmaq və ruhunu müalicə etmək üçün lazım idi.

Parisdən sonra müharibənin dəhşətləri yenidən başlanmışdı. Selincerin əsgəri olduğu divizya Almaniyaya ilk daxil olan Amerika qoşun birliyi idi. Orada əsgərlər müharibənin ən qanlı epizodlarından biri olan Hürtgen meşəsi döyüşündən keçmişdilər.

Selincerin əsgərlik dostlarından Uerner Kliman (Werner Kleeman) öz xatirələrində yazırdı ki, «bir axşam o mənim yaxamdan yapışıb dedi: Gəl gedib görək Heminquey haradadır».

İki əsgər Heminqueyi oradan iki kilometr aralıda, balaca bir fermada tapmışdı. Onlar burada qəhvə fincanlarında sampan içmişdilər.

Selincer Heminquey kimi nəhəng bir yazıçı ilə ünsiyyətindən fəxr duyurdu. Lakin onun alayını Hürtgen meşəsindəki döyüşdən daha ağır döyüşlər və faciələr gözləyirdi. O hələ Arden hücumundan Daxau ölüm düşərgəsinin azad edilməsinədək qanlı yollardan keçəcəkdi.

Müharibənin sonlarına yaxın Selincer artıq «döyüş üzgünlüyü» deyilən xəstəlikdən əzab çəkirdi. Slavenski yazır ki, müharibənin stresindən çıxaraq əməlli-başlı yazı-pozuya başlamaq üçün Selincerə illər lazım gələcəkdi.

Selincer Heminqueyə məktublarında etiraf edirdi ki, «mən tam bir ruh düşkünlüyü vəziyyətindəyəm».

O yazırdı ki, bir gün təzə dostu ilə Nyu Yorkda görüşəcəyinə ümid edir: «Mənim sizinlə söhbətlərim bütün bu müsibətin içində ən ümidli dəqiqələr idi».