vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:09 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Metsamor bağla!»

Avropa İttifaqı Ermənistandan AES-i dayandırmağı tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Əməkdaşlığın əvəzi olaraq Avropa İttifaqı Ermənistandan atom elektrik stansiyasını bağlamağı tələb edir. Erməni ekspertlərin fikrincə, bu tələbin altında Ermənistanın mövqelərini zəiflətmək niyyəti durur. Virtualaz.org «Sputnik»ə istinadən xəbər verir ki, ölkə energetik böhranla üz-üzə qala bilər.

Ölkə XİN-in rəsmi saytında dərc olunmuş Avropa İttifaqı ilə sazişin tərcümə versiyasında deyilir ki, Metsamor atom elektrik stansiyasının istismarını dayandırmaqla Ermənistan ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə istehsal güclərini əvəzləməyə yönəlmiş addımlar atmalıdır.

Qeyd edək ki, Ermənistanla Avropa İttifaqının əməkdaşlığı barədə geniş və hərtərəfli sazişin imzalanması noyabrın 24-də Brüsseldə xarici işlər nazirlərinin sammitində gerçəkləşdirilməlidir. Saziş bütün Avropa İttifaqı üzvü olan ölkələr və Ermənistan tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.