vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
13:02 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı»yla oyun qumara qoyulub

Məşhur bukmeyker Rumıniya klubuyla əməkdaşlığı dayandırıb

Hazırlığı İspaniyada davam etdirən «Bakı» bir neçə gün əvvəl Rumıniya «Styaua»sı ilə yoxlama oyununda üz-üzə gəlmiş, 2:0 hesablı qələbə qazanmışdı. Publika.az-a xəbər verir ki, Rumıniya klubu təmsilçimizlə yoxlama matçını qumara qoyub.

Rumıniya klublarının bukmeyker kontorları ilə əlbir işlədiyi, ya da oyunlarını çox vaxt qumara qoyması yeni xəbər deyil. Ancaq «Styaua»nın bu addımı dünyaca məşhur «Villiam Hill» bukmeyker kontorunun səbr kasasını daşırıb.
Böyük Britaniyanın bukmeyker kontoru «Bakı» ilə yoxlama oyunundan sonra «Styaua»nın oyunlarına öz əmsallarını açıqlamamaq qərarına gəlib. Bir sözlə, məşhur kontor Rumıniya klubu ilə əməkdaşlığa son qoyub.