vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
10:35 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2087 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmsədr «atəşkəs»dən yazdı

«Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir»

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik təmas xəttində qeydə alınan ölümlərdən təəsüflənib. Həmsədr Azərbaycan və Ermənistanı «Twitter» səhifəsindən sülhə səsləyib.

«Münaqişə tərəfləri sülh əldə etməyə çalışmalıdır. Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir».
Qeyd edək ki, daha öncə də amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün bütün tərəflər daha çox siyasi öhdəlik götürməli olduğunu bildirmişdi. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik öz «Twitter» səhifəsində qeyd edib ki, indiki status-kvo qəbuledilməzdir. 
Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbəndyan arasında görüşün yekunu üzrə bəyanatında qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər. (ANS PRESS)