Müqavilənin cəmi 33 faizi yerinə yetirilib
Rusiya Ermənistana 200 milyon dollarlıq silahın çatdırılmasını ləngidir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Bu günlərdə Ermənistan hökuməti Rusiya ilə silah alınmasına dair 100 milyon dollarlıq güzəştli kredit müqaviləsini təsdiqlədi. Müqavilənin yaxın aylarda, yaxud həftələrdə imzalanacağı gözlənilir. virtualaz.org qeyd edir ki, bu Rusiya tərəfindən Ermənistana silahlanma üçün verilən ikinci güzəştli kreditdir. 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmışdı ki, həmin pula Rusiyadan hərbi texnika və silahlar alınsın.
Bəs həmin kredit hesabına verilməsi nəzərdə tutulan silahların Ermənistana çatdırılması yekunlaşıbmı? Erməni KİV-lərinin xəbərlərinə görə «İnformasiyalı vətəndaşlar ittifaqı» adlı QHT-in sorğusuna Ermənistan Müdafiə Nazirliyinin göndərdiyi cavaba əsasən bu silahların çatdırılması çox ləng gedir.
Belə ki, 25 oktyabr 2017-ci il tarixinə olan məlumata görə erməni tərəfinin bu müqavilə üzrə kredit öhdəlikləri 66.6 milyon dollar təşkil edir. Başqa sözlə, müqavilənin imzalanmasından iki ildən çox vaxt keçdiyi bir vaxtda erməni tərəfi 200 milyon dollarlıq silahın cəmi üçdə birini alıb. Qrafikdən məlum olur ki, həmin 66.6 milyon dollarlıq silahların əksəriyyəti 2016-cı ilin dekabrında və 2017-ci ilin sentyabrında çatdırılıb. Ermənistanda hesab edirlər ki, Rusiyanın Azərbaycana, İraqa, Suriyaya və digər ölkələrə silahları hansı sürətlə çatdırdığı nəzərə alınarsa bu ləngimə anlaşılmazdır.
Müqavilənin müddəti iki ay sonra başa çatır və belə çıxır ki, qalan 133.4 milyon dollarlıq silahların çatdırılması dekabrın sonuna qədər yekunlaşmalıdır. Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Serj Sərkisyan Rusiyadan yaxın günlərdə yeni silahların gətiriləcəyini anons edib.
200 milyon dollarlıq müqaviləyə əsasən Rusiya Ermənistana 70-80-ci illərdə istehsal edilmiş bir sıra silahlar verməliydi. Lakin müqavilə «Smerç» və «Solntsepyok TOS-1A» kimi bir sıra yeni silahların da verilməsini nəzərdə tutur. Həmin silahlardan «Smerç» reaktiv yaylım atəşi sistemləri artıq Ermənistana çatdırılıb. 100 milyon dollarlıq yeni kredit müqaviləsi çərçivəsində Ermənistanın Rusiyadan hansı silahlar almağa hazırlaşdığı məlum deyil.