vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
16:28 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyana edilən güzəştin əsas səbəbi

«Karapetyan üçün Əliyevlə danışıqlar aparmaq çətin olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda gələn ilin aprelində baş nazirin kim olacağı barədə intriqalar qızışır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, əvvəllər prezident Serj Sərkisyan həyata keçirdiyi Konstitusiya dəyişikliklərindən və parlament üsul-idarəçiliyinə keçiddən sonra baş nazir postunu tutmayacağını desə də indi belə görünür ki, onun hakimiyyətdən əl çəkmək niyyəti yoxdur. Buna görə də gələn ilin aprelində-konstitusiya dəyişikliklərinin qüvvəyə minməsindən sonra Sərkisyanın baş nazir qismində hakimiyyət başında qalacağına şübhə azdır.

«Qraparak» qəzeti yazır ki, Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremllə çox yaxın əlaqələrə malik olan və Ermənistanda hakimiyyət məsələlərini həll edən «bir nömrəli erməni» sayılan Samvel Karapetyan keçmiş «Qazprom» meneceri, indiki baş nazir Karen Karapetyanla məsləhətləşib. Və onlar belə qənaətə gəliblər ki, təhlükəsizlik və Qarabağ naminə baş nazir postunu Serj Sərkisyan özü tutsa yaxşıdır. «Çünki Karen Karapetyan üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparmaq çətin olacaq, üstəlik onun üzərinə bu cür ağır yük qoymağa da dəyməz», - qəzet yazır.

Qəzetin yazdığına görə görünür təsadüfi deyil ki, noyabrın 13-də İrəvanda RİO ticarət mərkəzinin açılışında erməni investorlar Klubu adından Ermənistana 1 milyard dollar investisiyanın yatırılmasını Serj Sərkisyan özü elan edəcək. Bu investisiyanın böyük hissəsini Samvel Karapetyan energetika sektoruna yatırmalıdır. «Görünür bu, gələcək vitse-premyer Karen Karapetyan tərəfindən premyer postunun Serj Sərkisyana təklif edilməsi olacaq», - qəzet yazır.