vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
23:39 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 2563 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda «vergi terroru»

Etiraza qalxan erməni ticarətçilərin ilk aksiyası noyabrın 14-də keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvanda onlarca bazar ticarətçisi parlamentin binası , onların öz sözlərinə görə «Ermənistanın vergi orqanlarının terroruna qarşı» etiraz aksiyası keçirib.

Noyabrın 14-də Ermənistan Milli Məclisinin qarşısına toplaşanlar Dövlət Vergi Komitəsinin (DVK) onlara qarşı sərt tədbirlərindən, tez-tez keçirilən yoxlamalardan və cərimələrdən şikayətlənirdilər.

Ermənistan paytaxtının bazarlarındakı dükanlarda əsasən pal-paltar satan ticarətçilər son vaxtlaradək təyin edilmiş müəyyən məbləğdə vergi ödəyirdilər. Lakin indi DVK tacirlərə bildirib ki, onlar bundan sonra vergiləri ölkənin vergi qanununa uyğun olaraq mal dövriyyəsinə görə ödəyəcəklər.

Hökumət agentliyi bildirir ki, yeni qaydalara uyğun olaraq vergi hesablanması və sənədləşdirmə hazırlanıb.

Türkiyədən mal gətirib satan bir qadın gileylənib ki, vergi müfəttişləri onu son üç həftədə sıxma-boğmaya salıblar və onu əsl gəlirlərini gizlətməkdə ittiham edirlər.

Həmin qadın deyib: «Satdığım mal çox deyil. Camaat bu ölkəni tərk edir. Burda qalan yalnız varlılar və yoxsullardır. Onlar istəyirlər ki, biz də çıxıb gedək. Amma biz getməyəcəyik».

Qadın adının çəkilməsindən imtina edib.

Parlamentin müxalif Tsarukyan alyansından olan spiker müavini Mixail Melkumyan etiraz edənlərə bildirib ki, o bu məsələni bütün dörd fraksiyanın qarşısında qaldırıb.

Melkumyan deyib ki, buna baxmayaraq Dövlət Vergi Komitəsi özünün «vergi terroru»nu davam etdirir.

Millət vəkili bildirib ki, siyasətçilərin vəzifəsi bizneslərin qapanması deyil.

Melkumyan daha sonra bildirib: «Yeni iş yerləri açmaqdansa, hökumət yerdə qalan beş-altı biznesin də bağlanmasını istəyir».

AzadlıqRadiosu xəbər verir ki, bu, bazar dükançılarının son iki həftədə keçirdiyi ikinci etiraz aksiyasıdır.

Oktyabrın 31-də Milli Məclisin qarşısına toplaşan ticarətçilər vergi məcəlləsinin dəyişdirilməsini və inzibati sənədləşdirmə işinin azaldılmasını tələb edirdilər.

DVK-nın sədri Vartan Harutyunyan tələbləri rədd edərək deyib ki, etirazçılar vergilərdən yayınmağa çalışırlar.

Harutyunyan habelə iddia edib ki, ticarətçilər DVK-nın təklif etdiyi pulsuz mühasibat xidmətindən imtina ediblər.