vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
22:17 | 22 avqust 2024 | Cümə axşamı Məqaləyə 302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Seçki qanununa dəyişiklik üsyanı

İnsanlar parlamentə basqın etməyə cəhd etdilər

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İndoneziyada seçki qanununda nəzərdə tutulan dəyişikliyə etiraz edən fəallar parlament binasına basqın etməyə cəhd ediblər.

İndoneziyada Widodo və onun varisi Subiantoya sadiq siyasi partiyaların Widodonun kiçik oğlu 29 yaşlı Kisanq Panqarepin qubernatorluq seçkilərində iştirak edə bilməsi üçün Konstitusiya Məhkəməsinin 30 yaş məhdudiyyəti ilə bağlı qərarını əngəlləməyə çalışdıqları xəbərindən sonra ölkənin böyük şəhərlərində kütləvi etirazlar başlayıb.

Əllərində müxtəlif plakatlar və lövhələr daşıyan nümayişçilər paytaxt Cakartada parlament binası qarşısındakı yolları bağlayıb, ona birləşdirən yollarda təkərləri yandırıblar.

***

Parlament binasına basqın etməyə çalışan nümayişçilər polisə daş atıblar. Polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su şırnağı ilə müdaxilə edib.

Aksiyaya fəallar, tələbələr, işçilər, indoneziyalı məşhurlar və musiqiçilər də qatılaraq, ölkədəki demokratiya ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Bandunq, Yogyakarta, Surabaya və Makassar kimi digər böyük şəhərlərdə də etirazlar keçirilib.

***

Avqustun 20-də Konstitusiya Məhkəməsi 30 yaşından kiçiklərin regional qubernatorluğa namizədliyini irəli sürməsinə mane olan yaş məhdudiyyətinə etirazı rədd edərək və bu da Vidodonun kiçik oğlu, 29 yaşlı Kisanq Panqarepin Mərkəzi Yavada keçirilən regional yarışda namizədliyinə şərait yaradıb.

Məhkəmə həmçinin yerli şuranın 20 faizinin olması tələbini də aradan qaldıraraq siyasi partiyaların namizəd irəli sürməsini asanlaşdırıb.

Dünən parlament inauqurasiya zamanı qubernatorluq üçün minimum yaş həddinin 30-a dəyişdirilməsi və namizədlik tələblərinin daha da yüngülləşdirilməsi ilə bağlı təcili təklif qəbul edib. Bu təklifin bu gün keçiriləcək ümumi yığıncaqda təsdiqlənməsi nəzərdə tutulurdu.

Bu addımlar sosial mediada geniş reaksiyalara səbəb olub və mümkün konstitusiya böhranı ilə bağlı narahatlıqları artırıb.