vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
23:00 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda pilotlar yenidən etiraza qalxdı

3 baş nazir 1 əlil problemini həll edə bilmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda təqaüddə olan pilotlar yenidən hökumət binasının qarşısında toplaşıblar. Pilotlar peşə fəaliyyəti zamanı əlil olsalar da, hökumət tərəfindən onlara təzminat ödənilməyib.

Dəfələrlə şikayət ediblər, ancaq heç bir cavab verilməyib. Əlil pilotlar hökumət binası qarşısında keçmiş baş nazir Tiqran Sərkisyanın dövründən etiraz edirlər.

«Dövlət tapşırığı yerinə yetirərkən əlil olmuş pilot və ya aviatexniklərə dövlət sahib çıxmağa və təzminat ödəməyə borcludur. Ancaq biz 10 ildir ki, bundan məhrum olmuşuq», - deyə pilotlar bildiriblər.

Xatırladaq ki, Tiqran Sərkisyan dövründə (2008) qaldırılan problem 9 il keçməsinə və 3 baş nazir dəyişməsinə baxmayaraq, hələ də həll olunmur. Əlil pilotları bir dəfə keçmiş baş nazir Ovik Abramyan qəbul edib. Onlara kömək edəcəyini vəd edərək, göstəriş verib. Ancaq indiyədək heç bir nəticə yoxdur. Artıq bir ildən artıqdır ki,  Ermənistanın baş naziri Karen Karapetyandır.